211№-li məktəbin şagirdləri "FAB Boya"da

23.11.2019-cu
il tarixində Bakı şəhəri, Akif Abdullayev adına 211№-li tam
orta məktəbin 5-ci sinif şagirdləri və bir qrup valideyn müəllim Gülnar Cəfərzadənin rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi” MMC-də ekskursiyada oldular. Gəzinti zamanı
məktəblilər istehsalat prosesi ilə tanış edildilər.Onlara məhsul çeşidləri,tətbiq
edilən müasir texnologiya və avadanlıqlar, keyfiyyətə nəzarət
laboratoriyalarında görülən işlərlə bağlı ətraflı məlumatlar verildi. Daha sonra FAB Akademiyasının
konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial
nümayiş etdirildi. Şagirdlərin sualları cavablandırıldı. Ekskursiya
iştirakçıları göstərilən diqqətə görə şirkətimizə təşəkkürlərini bildirdilər.
Sonda "FAB Boya” adından şagirdlərə hədiyyələr
təqdim edildi,xatirə şəkli çəkdirildi.