Xırdalan şəhər 1 №-li məktəbin şagirdləri "FAB Boya"da

19.10.2019-cu il
tarixində Xırdalan şəhər 1 №-li tam orta
məktəbin 7-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada
oldular. Gəzinti zamanı məktəblilər məhsulların hazırlanma texnologiyası, tətbiq
sahələri, sınaq prosesləri ilə əyani şəkildə tanış oldular. Şagirdlərə şirkətimizin
keyfiyyət siyasəti və "FAB Akademiyası” laboratoriyalarında görülən işlərlə
bağlı məlumatlar verildi. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB
Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Şagirdlər
təəssüratlarını bölüşdülər. Sonda şirkətimiz adından ekskursiya iştirakçılarına
hədiyyələr təqdim olundu, xatirə şəkli
çəkdirildi.