182 №-li məktəbin şagirdləri "FAB Boya"da

05.10.2019-cu il
tarixində Bakı şəhəri, Binəqədi rayonu 182 №-li tam orta məktəbin 8-ci sinif
şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti
zamanı şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri
Rüstəm Məmmədov məktəbliləri şirkətimizin nəzdindəki fabrik və
laboratoriyalarla tanış etdi. Şirkətimizin keyfiyyətə nəzarət sistemi və "FAB
Akademiyası” laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verdi.
Şagirdlər məhsulların hazırlanma prosesini, sınaq təcrübələrini izlədilər. Daha
sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında
hazırlanan videomaterial nümayiş olundu. Məktəblilər ekskursiya ilə bağlı təəssüratlarını
bölüşdülər. Sonda şirkətimiz adından məktəblilərə hədiyyələr təqdim olundu, xatirə
şəkli çəkdirildi.