Liderlik məktəbinin şagirdləri növbəti dəfə "FAB Boya"da

17.06.2019-cu il
tarixində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbinin
bir qrup şagird və valideyn heyəti "FAB Boya və Kimya Sənayesi”MMC-də
ekskursiyada oldular. Şirkətimizin istehsal sahələri, keyfiyyətə nəzarət
laboratoriyalarını yaxından izlədilər. "FAB Boya və Kimya Sənayesi”MMC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəblilərə istehsalat prosesi, tətbiq
edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat
verdi, onları maraqlandıran suallar cavablandırdı. Daha sonra FAB
Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan
videomaterial nümayiş etdirildi. Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ)
Liderlik məktəbinin üzvləri göstərilən diqqət və qayğıya görə təmsil etdikləri
təşkilat adından şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda "FAB Boya”
adından şagirdlərə hədiyyələr təqdim
edildi,xatirə şəkli çəkdirildi.