211 nömrəli məktəbin şagirdləri "FAB Boya"da

18.05.2019-cu
il tarixində Bakı şəhəri,Nəsimi
rayonu A.Abdullayev adına 211
nömrəli tam orta məktəbin 6-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də
ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər məhsulların hazırlanma
texnologiyası, tətbiq sahələri, sınaq prosesləri ilə əyani şəkildə tanış
oldular. İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov şagirdlərə şirkətimizin keyfiyyət siyasəti və "FAB Akademiyası” laboratoriyalarında
görülən işlərlə bağlı məlumatlar verdi. Daha sonra FAB Akademiyasının
konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial
nümayiş etdirildi. Sonda şirkətimiz adından ekskursiya iştirakçılarına hədiyyələr
təqdim olundu, xatirə şəkli çəkdirildi.