"Zirvə" liseynin şagirdləri "FAB Boya"da

06.04.2019-
cu il tarixində Abşeron
rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən "Zirvə” liseynin bir
qrup 8-ci sinif şagirdi "FAB Boya və Kimya Sənayesi”MMC-də oldular. Ekskursiya
zamanı qonaqlara şirkətimizin tabeliyindəki fabrik və zavodlar, istehsalat
prosesi, keyfiyyətə nəzarət laboratoriyaları haqqında məlumatlar verildi.
Suallar cavablandırıldı. Məktəblilər FAB Akademiyasının konfrans zalında sərgilənən
rəsm əsərləri, həmçinin şirkətimizin maketi ilə tanış oldular. "FAB Boya və
Kimya Sənayesi”MMC-nin fəaliyyətindən bəhs edən videomaterialı izlədilər. Təəssüratlarını
bölüşdülür. Daha sonra şirkətimiz adından ekskursiya iştirakçılarına simvolik hədiyyələr
təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.