Bakı Mühəndislik Universitetinin tələbələri FAB Boya'da

25.04.2017-ci il tarixində Bakı Mühəndislik Universitetinin bir qrup tələbəsi, universitetin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru Dos.Təyyar Mustafayev "FAB Boya və Kimya Sənayesi" MMC-nin qonağı oldular. Gənclər şirkətimizin keyfiyyətə nəzarət laboratoriyalarının yerləşdiyi FAB Akademiyasının I və II korpuslarında olaraq hazır məhsulun test və sınaqlardan keçirilməsi mexanizmləri, habelə məhsulun istehsal və depolanması prosesləri ilə yaxından tanış oldular.
FAB BOYA adından gənclərimizə təhsillərində və gələcək həyatlarında uğurlar arzulayırıq.