Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85

Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Kimya-Biologiya Təmayüllü Respublika Liseyi qonağımız oldu | FAB BOYA

az ru en

Məktəblilərlə görüş


22/03/2023

Kimya-Biologiya Təmayüllü Respublika Liseyi qonağımız oldu

 

"FAB BOYA və Kimya Sənayesi" MMC vaxtaşırı respublikamızın orta məktəb şagirdləri və ali məktəb tələbələri üçün tanıtım-seminarlar və şirkətin fabriki üzrə gəzintilər təşkil edir. Bu seminarlar gələcəyimiz olan gənclərdə dəqiq elmlərə marağın artırılması, peşə yönümünün istiqamətləndirilməsi, onlara əmək tərbiyəsini aşılamaq, həmçinin istedadlı gənclərin aşkarlanması məqsədilə həyata keçirilir.

20.04.2017-ci il tarixində Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin VIII-IX sinif şagirdləri, liseyin Təlim-Tərbiyə üzrə direktor müavini Səbinə Əliyeva və Kimya fənni müəlliməsi Elmira Nağıyeva şirkətimizin qonağı oldular. "FAB BOYA"-nın istehsalat, hazır məhsulun laboratoriya sınaqlarından keçirilməsi və depolanması prosesləri ilə yaxından tanış oldular. Şirkətin laboratoriyasında uşaqların rəngli boyaların alınması prosesinə qatılması onların xüsusilə ürəyincə oldu.

"FAB BOYA və Kimya Sənayesi" MMC-nın Təsisçisi Anar Əliyev məktəblilərlə görüşərək onlara şirkətimizin yaranma tarixi haqqında qısa məlumat verdi, bununla bağlı qonaqlarımız qısametrajlı videoçarça tamaşa etdilər. Sonra Anar müəllim öz dəyərli məsləhətlərini və tövsiyələrini gənc qonaqlarımızla bölüşərək, onlara təhsillərində vəgələcək peşə seçimində uğurlar arzuladı.

Sonda uşaqlara şirkət adından simvolik hədiyyələr təqdim olundu.

"FAB BOYA" adından Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin bütün şagird-müəllim kollektivinə həyatlarında uğurlar arzulayırıq.


 



 

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet