az ru en

Vakansiyalar



SATIŞ TƏMSİLÇİSİ


İş barədə məlumat:

- Gündəlik təyin edilmiş rut üzrə satış mərkəzlərini ziyarət edərək sifarişləri qəbul etmək

- Satış mərkəzlərində brend çeşidlərinin tam olaraq yerləşdirilməsini təmin etmək

- Problemli müştərilər haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq

- Ərazisində şirkətin nüfuzuna mənfi təsir edə biləcək bütün məlumatları vaxtı vaxtında rəhbərliyə bildirmək

- Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək

- Bölgəsində merçendayzinq standartlarının ən düzgün şəkildə həyata keçirilməsini təmin etmək

- Öz ərazisini dəyərləndirərək inkişafın harada mümkün ola biləcəyi haqqında rəhbərliyi məlumatlandırmaq

- Müştərilərdəki borcların vaxtında alınaraq şirkətə təhvil vermək

- Satış nöqtələrində istifadə müddəti bitmiş məhsulların olmamasını nəzarətdə saxlamaq

- Məhsullar barədə müştərilərə ətraflı məlumat vermək

 

Namizədə tələblər:

 - Satış sahəsində təcrübə 

- Müştəri ilə ünsiyyət qurmaq bacarığı

- Problemləri həll etmə bacarığı

- Komanda şəklində işləmək qabiliyyəti

- Sürücülük vəsiqəsi

- Şəxsi avtomobilə üstünlük verilir

- Ünsiyyətcil və əlaqələr qurmaq bacarığı

 

Şəkilli "CV"-nizi mövzu yerinə Satış Təmsilçisi yazaraq cv@fabboya.az ünvanına göndərməyiniz xahiş olunur, əks halda müraciətinizə baxılmayacaq.


Əlaqədar şəxs

Fuad Novruzov

Telefon:  (055) 500-91-00

                   (012) 564-77- 93

E-mail:    hr@fabboya.az




SMM MANAGER


Vəzifə öhdəlikləri:

- Omid, Fab Group-un və brendlərinin sosial media (Facebook, Instagram, YouTube, LinkedIn və s.) platformalarının idarəedilməsi

- Şirkətin strategiyası və mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto, video, sloqan) hazırlanması, web sayt, sosial media və blog-a yerləşdirilməsi

- Əlaqəli sosial media reklamalarının təşkili

- Hazırlanmış kontentin sosial mediaya uyğunlaşdırmaq

- Kontentin inkişafında daima yeni ideyaları təklif etməli və sərbəst işləmək bacarığı

- Rəqiblərin aktivliyinin izlənilməsi

- Post planın analizlər çərçivəsində hazırlanması və paylaşımların təşkil edilməsi

- Sosial media postları üçün kontentlərin hazırlanması

- Qrafik dizaynerlə bərabər işləmə qabiliyyəti

- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və analizi

- Rəqəmsal kanallardan gələn müştəri sorğularını müvafiq şöbələrə yönləndirmək və peşəkar formada cavablandırılmasını həyata keçirmək

- Səhifə istifadəçiləri aktiv, nəticə yönümlü olmasını təmin etmək

- Səhifənin həftəlik və aylıq analizlərinin hazırlanması

 

Tələblər:

Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi

 

Azərbaycan, Rus, İngilis dili - yaxşı

 

 

Əmək haqqı: 600-800 azn

 

Cv-lərinizi cv@fabboya.az -a vakansiya adını qeyd edərək göndərin.





SATIŞ MƏSLƏHƏTÇİSİ


İş haqqında məlumat:

- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;

- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır

- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir

- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır

- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;

- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;

- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;

- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;

- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.

 

Namizədə tələblər:

- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;

- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);

- Orta və ya ali təhsil;

- Elementar riyazi hesablamaları;

 - Satış texnikası və prinsiplərini;

- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.

 

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV”-lərini mövzu yerində "Satış məsləhətçisi” yazaraq hr@fabboya.az ünvanına göndərmələri xahiş olunur.

 

Əlaqədar şəxs:

Nüşabə Abdullayeva

Telefon: (055) 500-91-00

                (012) 564-77-93

 

E-mail: hr@fabboya.az





KASSİR


 İş haqqında məlumat:

-  Alıcılara  fasiləsiz kassa xidmətini təmin etməlidir;

-  Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;

-  Alıcılara  kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;

-  Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;

-  Alıcıların ödədikləri pul vəsaitlərinin  nəzarət - kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;

-  Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;

-  Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;

-  Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;

-  Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və  inventarlarının keçirilməsinə cavabdehdir;

-  Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;

-  İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.

 

Namizədə tələblər:

-  Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;

-  Orta və ya ali təhsil;

-  Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);

-  Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;

-  Satış texnikası və prinsiplərini, davranış etikasını;

-  Nəzarət - kassa aparatlarının istismarı qaydalarını;

-  Mağazanın təşkilati strukturunu;

-  Alıcılara keyfiyyətli xidmət standartlarını;

-  Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.

 

Qeyd edilən  tələblərə  uyğun olan  namizədlərdən  şəkilli "CV”-lərini mövzu yerində "Kassir” yazaraq hr@fabboya.az ünvanına göndərmələri xahiş olunur.

 

Əlaqədar şəxs:

Nüşabə Abdullayeva

 Telefon:  (055) 500-91-00

                    (012) 564-77-93

E-mail:  hr@fabboya.az

 

 

Fəhlə

 

İş haqqında məlumat:

-      Əl ilə və ya əl arabası ilə, transpalet kimi nəqliyyat vasitələrindən istifadə edərək firmalar  tərəfindən gətirilən malları normaya uyğun şəkildə ehtiyyatla maşından boşaltmalıdır;

-      Mağazanın anbarına qəbul olunan məhsulların dəqiq, səliqəli, ehtiyyatlı şəkildə və vaxtında anbar rəflərinə yığılmasını həyata keçirməlidir;

-      Satış zalında ehtiyac olan malları anbardan çıxarıb şöbə üzrə satıcıya təhvil verməlidir;

-      Yeni gələn malların yüklənməsi üçün anbarda şərait yaratmalıdır;

-      Mağaza üzrə inventarizasiya və qalıqların çıxarılmasında iştirak etməlidir;

-      Ehtiyac olduqda şirkətin digər sahələrində də hər hansı yükləmə, boşaltma işlərində və kömək xarakterli digər işlərdə də iştirak etməlidir;

-      Anbar ərazisinin, eləcə də mağazanın səliqə və təmizliyinə riayət etməlidir.

 

Namizədə tələblər:

-      Məhsulların qablaşdırılması formalarını;

-      Məhsulların saxlanmasının texniki şərtlərini və qaydalarını;

-      Əllə və mexaniki üsulla yüklərin yüklənmə, daşınma, boşaldılma və mühafizə edilmə şərtlərini;

-      Texniki vəsaitləri tanımalı və qablaşdırılması formasını bilməlidir;

-      Satışda və anbarda olan  məhsulun assortimenti və miqdarı haqqında müəyyən məlumatı olmalıdır;

-      Davranış etiketi qaydalarını bilməlidir.

Qeyd edilən  tələblərə  uyğun  olan  namizədlərdən  şəkilli "CV”-lərini mövzu yerində "Fəhlə” yazaraq hr@fabboya.az ünvanına göndərmələri xahiş olunur.

 

Əlaqədar şəxs:

Nüşabə Abdullayeva

 

Telefon:  (055) 500-91-00

Telefon: (012) 564-77-93

E-mail:  hr@fabboya.az

 

 

 




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet