"FAB FUTBOL ÇEMPİONATI 2022"nin növbəti oyunları keçirilib
10 may tarixində "FAB Boya və Kimya Sənayesi" MMC-nin
təsisçisi Səfər Əliyevin xatirəsinə həsr olunmuş dördüncü daxili "FAB futbol
çempionatı 2022" çərçivəsində növbəti qarşılaşmalar baş tutub. Günün ilk oyunu
"Logistika "və "Beyaz Alçı" komandaları arasında keçirilib. Görüş 1:4 hesabı ilə
"Beyaz Alçı"komandasının xeyrinə başa çatıb. Daha sonra yaşıl meydanda "OMİD 1"
və "OMİD 2" komandaları qarşı-qarşıya gəlib. Oyun "OMİD 1" komandasının üstünlüyü ilə nəticələnib.
(Hesab 13:0)
[Gallery(347)]