"FAB FUTBOL ÇEMPİONATI 2022"nin ilk oyunu keçirilib
09.05.2022-ci il tarixində "FAB Boya və Kimya Sənayesi" MMC-nin təsisçisi Səfər
Əliyevin xatirəsinə həsr olunmuş dördüncü daxili "FAB futbol çempionatı
2022"nin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə "FAB Boya və Kimya Sənayesi"
MMC-nin baş direktoru Kənan Məhərrəmovaçıb və komanda üzvlərinə uğurlar arzulayıb. Çıxışlardan sonra
çempionatın ilk oyununa start verilib. Yaşıl meydanda "FAB Boya" və "HILL FAN"
komandaları qarşı-qarşıya gəlib. Oyun 4:3 hesabı ilə "FAB Boya" futbol
komandasının xeyrinə başa çatıb. Günün ikinci qarşılaşması "FAB Distribusiya
1" və "FAB Distribusiya 2" komanadaları arasında olub. Matç 11:0 "FAB
Distribusiya 1" komandasının xeyrinə başa çatıb.
Qeyd
edək ki, "FAB futbol çempionatı 2022"nin
qalibi adı uğrunda, ümumilikdə 12
komanda mübarizə aparır.
[Gallery(343)]