Neftçi Mühəndislər Cəmiyyəti Bakı Ali Neft Məktəbi Tələbə Fəslinin üzvləri "FAB" Şirkətlər Qrupunda
12.10.2021- ci il tarixində Neftçi Mühəndislər Cəmiyyəti
Bakı Ali Neft Məktəbi Tələbə Fəslinin təşəbbüsü ilə kimya mühəndisliyi üzrə təhsul
alan bir qrup tələbə üçün "FAB" Şirkətlər Qrupunda informasiya turu təşkil
edildi. Tələbələr istehsal müəssisələrində məhsulların
hazırlanma prosesini, "FAB Akademiyası" laboratoriyalarında həyata keçirilən sınaq və təcrübələri yaxından izlədilər.
Onlara istehsal prosesində tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul
çeşidləri haqqında ətraflı məlumat verildi. Suallar cavablandırıldı. Daha sonra FAB Akademiyasının konfrans zalında şirkətimizin
fəaliyyətindən danışan videomaterial nümayiş olundu. Tələbələrə simvolik hədiyyələr
təqdim edildi, xatirə şəkli çəkdirildi. İnformasiya turu çay süfrəsi ətrafında
xoş əhval-ruhiyyədə başa çatdı.[Gallery(332)]