6№-li məktəb-liseyin şagirdləri "FAB Boya"da
18.12.2019-cu il tarixində Bakı şəhəri 6№-li məktəb-liseyin
bir qrup 3-cü sinif şagirdi "FAB Boya və Kimya Sənayesi" MMC-də ekskursiyada
oldular. Gəzinti zamanı məktəblilər şirkətimizin nəzdindəki fabriklərlə tanış
edildilər. Ekskursiya iştirakçılarına məhsul çeşidləri, istehsal prosesində tətbiq
edilən müasir texnologiya və avadanlıqlar, keyfiyyətə nəzarət
laboratoriyalarında görülən işlərlə bağlı ətraflı məlumatlar verildi. Suallar cavablandırıldı. Daha sonra
şagirdlər FAB Akademiyasının boya məhsullarının keyfiyyətə nəzarət
laboratoriyasında rəng çeşidlərinin hazırlanması üzrə sınaq təcrübəsi
apardılar. Ekskursiya iştirakçıları göstərilən diqqətə görə şirkətimizə təşəkkürlərini
bildirdilər. Sonda "FAB Boya" adından məktəblilərə hədiyyələr təqdim edildi,
xatirə şəkli çəkdirildi.
[Gallery(285)]