193№-li məktəbin şagirdləri "FAB Boya"da
27.11.2019-cu
il tarixində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193№-li tam orta məktəbin 5-ci sinif
şagirdləri müəllim Sevda Həsənovanın rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi" MMC-də ekskursiyada
oldular. Gəzinti zamanı məktəblilər şirkətimizin nəzdindəki fabriklərlə tanış
edildilər. Ekskursiya iştirakçılarına məhsul çeşidləri, istehsal prosesində tətbiq
edilən müasir texnologiya və avadanlıqlar, keyfiyyətə nəzarət
laboratoriyalarında görülən işlərlə bağlı ətraflı məlumatlar verildi. Suallar cavablandırıldı. Daha sonra şagirdlər
FAB Akademiyasının boya məhsullarının keyfiyyətə nəzarət laboratoriyasında rəng
çeşidlərinin hazırlanması üzrə sınaq təcrübəsi apardılar. Ekskursiya iştirakçıları
göstərilən diqqətə görə şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda "FAB
Boya" adından məktəblilərə hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi.
[Gallery(278)]