314№-li məktəbin şagirdləri "FAB Boya"da
25.10.2019-cu il
tarixində Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi 314 №-li tam orta məktəbin
4-cü sinif şagirdləri müəllim Adilə Mustafalının
rəhbərliyi altında "FAB Boya və Kimya Sənayesi"MMC-də
ekskursiyada oldular. Gəzinti zamanı şirkətimizin PR və İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəblilərə istehsalat prosesi, tətbiq
edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat
verdi, sualları cavablandırdı. Daha sonra FAB Akademiyasının konfrans zalında
"FAB Boya"nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Ekskursiya
iştirakçıları göstərilən diqqət və qayğıya görə şirkətimizə təşəkkürlərini
bildirdilər. Sonda "FAB Boya" adından şagirdlərə hədiyyələr təqdim edildi,xatirə şəkli çəkdirildi.
[Gallery(275)]