179 və 205 №-li məktəblərin şagirdləri "FAB Boya"da
08.10.2019-cu il
tarixində Bakı şəhəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin İctimai-Humanitar Sektorunun
təşəbbüsü ilə 179 və 205 №-li tam orta məktəblərin 5-ci və 7-ci sinif şagirdləri
üçün "FAB Boya və Kimya Sənayesi"MMC-də ekskursiya təşkil edildi. Şirkətimizin
İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəblilərə
"FAB Boya və Kimya Sənayesi"MMC-nin istehsal sahələri və istehsalatda tətbiq
edilən texnoloji yeniliklər haqqında məlumatlar verdi. Şagirdlər məhsulların
hazırlanma prosesini, sınaq təcrübələrini izlədilər. Daha sonra FAB Akademiyasının
konfrans zalında "FAB Boya"nın fəaliyyəti haqqında hazırlanan videomaterial
nümayiş olundu. Məktəblilər ekskursiya ilə bağlı təəssüratlarını bölüşdülər.Suallar
cavablandırıldı. Sonda şirkətimiz adından şagirdlərə hədiyyələr təqdim olundu,
xatirə şəkli çəkdirildi.
[Gallery(271)]