"PDP" və "FAMİLY TRAM" üzvləri "FAB BOYA"DA
04.07.2019- cu il tarixində "Parents Development
Platform" (Valideyn İnkişaf Platforması) və Azərbaycanda uşaqların asudə
vaxtlarının səmərəli təşkili ilə məşğul olan "Family Tram" təşkilatının üzvləri, təsisçilər Nərgiz Seyidzadə ilə Leyla Seyidzadənin rəhbərliyi
altında "FAB Boya və Kimya Sənayesi" MMC-də oldular. Ekskursiya "Parents
Development Platform"un Uşaq İnkişaf Proqramları çərçivəsində (Kids Development Program) "Yaradıcı düşüncənin
vacibliyi, kreativ yanaşmanın bütün sahələrə, eləcə də istehsala tətbiqi" mövzusunda
keçirildi. Gəzinti zamanı şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov yay məktəbinin şagirdlərinə istehsal sahələri,
istehsal prosesində tətbiq edilən yeniliklər, ekoloji təmizliyin qorunması, insan sağlamlığına zərərsiz məhsul hazırlama
texnologiyaları haqqında ətraflı məlumatlar verdi. Məktəblilər FAB
Akademiyasının laboratoriyasında boya rəngləndirmə təcrübəsi apardılar. Daha
sonra konfrans zalında şirkətimizin fəaliyyətindən bəhs edən videomaterialı izlədilər.
Qısa tanıtım filminin ardından şirkətimizin Araşdırma və İnkişaf Laboratoriyasının
müdiri Murat Eker FAB boyaları, məhsul çeşidləri haqqında danışdı, şagirdləri
maraqlandıran sualları cavablandırdı. Ekskursiya iştirakçılarına "FAB Boya və Kimya Sənayesi" MMC adından hədiyyələr
təqdim olundu. Gəzinti nahar süfrəsi arxasında, xoş əhval-ruhiyyədə başa çatdı.
[Gallery(258)]