Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Ə.Veysəlov adına tam orta məktəbin şagirdləri "FAB Boya"da | FAB BOYA
Ə.Veysəlov adına tam orta məktəbin şagirdləri "FAB Boya"da
04.05.2019-cu il tarixində Bakı şəhəri,Binəqədi
rayonunda yerləşən Ə.Veysəlov adına tam orta məktəbin 8-ci sinif şagirdləri məktəbin
kimya müəllimi Sevinc Əliyevanın rəhbərliyi
altında "FAB Boya və Kimya Sənayesi"MMC-də ekskursiyada oldular. Gəzinti zamanı
şagirdlər istehsal sahələri ilə yaxından tanış oldular. Şirkətimizin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri məktəblilərə məhsulların
hazırlanma texnologiyası, tətbiq sahələri, sınaq prosesləri haqqında ətraflı məlumatlar
verdi. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB
Boya"nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi.
Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda "FAB Boya" adından
ekskursiya iştirakçılarına hədiyyələr təqdim olundu,xatirə şəkli çəkdirildi.
[Gallery(239)]