Şəki filialının satış təmsilçiləri üçün adaptasiya proqramı təliminə başlanılıb
"FAB
Boya və Kimya Sənayesi" MMC-də kadr peşəkarlığının artırılması istiqamətində
görülən işlərin davamı kimi növbəti adaptasiya proqramı təlimi 11.02.2019-cu il
tarixində Şəki filialının satış təmsilçiləri üçün keçirilib. Proqrama əsasən istehsalat prosesi, fəaliyyət
sahələri ilə əyani tanışlıq məqsədilə gəzintilər təşkil edilib. "FAB Boya"nın
Baş Direktoru Kənan Məhərrəmov və İnsan Resursları Departamentinin rəhbəri Fuad
Novruzov iştirakçılara biznesdə korporativ üslub, əsas vəzifə və öhdəliklərlə
bağlı məlumatlar veriblər, təcrübələrini bölüşüblər. Təlim nəzəri və praktiki
olmaqla 2 həftə davam edəcək.
[Gallery(218)]