Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri növbəti dəfə FAB Boyada | FAB BOYA
İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri növbəti dəfə FAB Boyada
"Faydasını alanlar bilər" şüarı altında istehsal
etdiyi məhsulların keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanan "FAB Boya və
Kimya Sənayesi" MMC gənc nəslin maarifləndirilməsi, onların düzgün karyera
seçiminə istiqamətləndirilməsi və cəmiyyətin aparıcı qüvvəsinə çevrilmələri
yönündə dəstəyini əsirgəmir. Bu məqsədlə müntəzəm şəkildə ali və ümumtəhsil müəssələrinin
şagird, tələbə heyəti üçün ekskursiyalar təşkil edir.
Belə tədbirlərin davamı kimi 16.11.2018- ci il
tarixində İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 5,6,7-ci sinif şagirdləri və
təlim-tərbiyə işləri üzrə direktor müavini, əməkdar müəllim, "Ümumtəhsil məktəblərində
tərbiyə işlərinin planlanması" kitabının müəllifi, "Abdulla Şaiq" fəxri
mükafatına layiq görülən Nəsib Musayev "FAB Boya"da oldular. Gəzinti zamanı məhsulların
hazırlanma texnologiyası, tətbiq sahələri, qablaşdırma və sınaq prosesləri
haqqında ətraflı məlumatlar verildi. İstehsalatla əyani tanışlıqdan sonra məktəblilər FAB Akademiyasının
konfrans zalında şirkətimizin fəaliyyəti haqqında hazırlanan videomaterialı izlədilər.
Gimnaziyanın beşinci sinif şagirdi Fidan Bağırovanın vətənpərvərlik mövzusunda
oxuduğu mahnı alqışlarla qarşılandı. Şagirdlərə hədiyyələr təqdim olundu. Nəsib
Musayev göstərilən diqqət və qayğıya görə çalışdığı təhsil müəssəsi adından "FAB
Boya" rəhbərliyinə təşəkkürünü bildirdi. Ekskursiya nahar süfrəsi arxasında xoş
təəssüratlarla başa çatdı.
[Gallery(203)]