Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri "FAB Boya"da | FAB BOYA
Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdləri "FAB Boya"da
30.10.2018- ci il tarixində Bakı şəhəri Xətai rayonu
17 nömrəli tam orta məktəbin valideyn komitəsinin sədri Dürdanə İsmayılova, ümumtəhsil
müəssəsinin "Eko-təqdimatlar" layihəsinin rəhbəri, biologiya müəllimi Südabə Əfəndiyeva
və bir qrup şagird "FAB Boya və Kimya Sənayesi" MMC-də oldular. Gəzinti zamanı
qonaqlara şirkətimizin tabeliyindəki fabrik və zavodlar, istehsalat prosesi,
keyfiyyətə nəzarət laboratoriyaları haqqında məlumatlar verildi. Suallar
cavablandırıldı. Məktəblilər FAB Akademiyasının konfrans zalında sərgilənən rəsm
əsərləri, həmçinin şirkətimizin maketi ilə tanış oldular. "FAB Boya" adından
şagirdlərə simvolik hədiyyələr verildi. Qonaqlar da öz növbəsində 8-ci sinif şagirdi
Nərmin İsmayılovanın taxtadan hazırladığı əl işini şirkətimizə bağışladılar. Görüş
nahar süfrəsi arxasında,xoş əhval-ruhiyyədə başa çatdı.
[Gallery(197)]