Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
"AZERİ BUSİNESS AWARD" 2016 | FAB BOYA
"AZERİ BUSİNESS AWARD" 2016
2016-cı
il dekabr ayının 14-də "JW Marriott Absheron Baku" otelində biznes sahəsində
2016-cı ilin yekunları üzrə "Azeri Business Award" Milli mükafatının təqdimetmə
mərasimi baş tutmuşdur.
"Azeri Business Award" 2016 təqdimat
mərasimi 100 aparıcı şirkətin nümayəndələrini, yüksək səviyyəli menecerləri,
iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçiləri, xarici qonaqları və KİV
nümayəndələrini öz ətrafında top-ladı. "Ölkələrimiz arasında ikitə-rəfli
münasibətlərin inkişafına verdiyi töhfəyə görə" mükafata Fransanın Azərbaycandakı
Fövqəladə və Səlahiyyətli Səfiri Aureliya Buşez layiq görüldü. Dəvət olunan
qonaq-ların arasında digər diplomatik nüma-yəndələr də iştirak edirdi.
"Azeri
Business Award" milli mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar dərgisi
olan - "Business Time" jurnalıdır.
"FAB Boya və Kimya Sənayesi"
MMC "Keyfiyyət Lideri" nominasiyasında
"Azeri Business Award"-2016 mükafatına layiq görüldü. Şirkətimiz keyfiyyətli
məhsul istehsalına, müasir keyfiyyətə nəzarət laboratoriyalarına, müəssisəmizdəki
mükəmməl şəkildə qurulmuş idarəetmə sisteminə,
şirkətin öz əməkdaşlarını və müştərilərini yüksək dəyərləndirdiyinə, ildənilə
yeni texnologiyaların tətbiqinə, yeni çeşidlərin təqdim edilməsinə görə Azərbaycanda
öndə gedən şirkətlər sırasındadır. Şirkətimizin bu il bazarda apardığı aktiv
reklam siyasəti və istehsala investisiya yatırımları təqdirəlayiqdir.
"FAB Boya və Kimya Sənayesi" MMC
adından təltifetmə mərasimində iştirak edən Satış və Marketinq
Departamentinin Müdiri Fuad Əlişov çıxış edərək, "şirkətimizin uğurunu yüksək dəyərlən-dirdiklərinə
görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki,
"FAB Boya və Kimya Sənayesi" MMC bundan
sonra əldə etdiyi nailiyyətləri və qazandığı uğurları qoruyub saxlayacaq və ölkə
iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri fəth edəcəkdir.
Bu il təsis olunmasının 15-ci ildönümünü qeyd
edən "FAB Boya və Kimya Sənayes" MMC inşaat sektorunda, o cümlədən, biznesin
idarə edilməsi sahəsində hər zaman lider mövqedədir. Bütün bunlara yekun
olaraq, şirkətimizə 2017-ci ildə daha yeni müvəffəqiyyətlərə imza atmağı
arzulayırıq.
[Gallery(81)]