Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
UĞUR-2016 | FAB BOYA
UĞUR-2016
Hər il biznes və iqtisadiyyat sahəsində uğurlu
fəaliyyətləri və yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına
töhfə verən, yeni iş yerlərinin açılmasın-da fəallıq göstərən şirkətlər və təşkilatlar
nüfuzlu "UĞUR" milli mükafatı ilə dəyərləndirirlər. 20 dekabr tarixində möhtəşəm
"Boulevard Hotel Baku" mehman-xanasında mükafatı 2016-cı il üzrə qaliblərinin təltif-etmə
mərasimi keçirildi.
Xatırladaq
ki, nüfuzlu "Consulting & Business" jurnalı tərəfindən təsis olunan "UĞUR-2016"
bu dəfə də iqtisadiyyatın müxtəlif sahələri üzrə aparıcı şirkətləri əhatə
edirdi.
Təqdimat
mərasimini giriş nitqi ilə "Uğur" milli mükafatının Təşkilat Komitəsinin rəhbəri
İbrahim Baharov açaraq hörmətli qonaqları salamladı və onlara gələcək fəaliyyətlərində
uğurlar arzuladı.
"UĞUR"
mükafatı növbəti dəfə biznes sferasında ən yaxşılarını nümayiş etdirdi. Artıq
16 ildir ki, təqdim edilən bu mükafat böyük uğurlar qazanan yerli şirkətlərin
dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə verilən bir dəyərdir.
Bu dəfəki təqdimatda 17 laureat müxtəlif
nominasiyalar üzrə yaxşıların yaxşısı seçildi.
Qeyd edək ki, "UĞUR" milli mükafatı
"Consalting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. "UĞUR"
Azərbaycanda biznes və iqtisadiyyat sa-həsində ilk və ən nüfuzlu mükafatdır,
milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nə-ticələr əldə etmiş,
yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yüksəlməsinə
töhfə verən iş adam-larına, dövlət və ictimai xadimlərə təqdim olunur.
"FAB Boya və Kimya Sənayesi" MMC
növbəti dəfə "BOYA VƏ KİMYA SƏNAYESİ ÜZRƏ İLİN ŞİRKƏTİ" mükafatına layiq
görüldü.
"FAB Boya və Kimya Sənayesi" MMC
adından təltifetmə mərasimində iştirak edən şirkətimizin Satış və Marketinq
Departamentinin Müdiri Fuad Əlişov çıxış edərək, şirkətimizin uğurunu yüksək dəyər-ləndirdiklərinə
görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki,
"FAB Boya və Kimya Sənayesi" MMC bundan
sonra əldə etdiyi nailiyyətləri və qazandığı uğurları qoruyub saxlayacaq və ölkə
iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri fəth edəcəkdir.
[Gallery(80)]