Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
,,Öz dünyanı boya" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı | FAB BOYA
,,Öz dünyanı boya" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bu
gün Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və
Kimya Sənayesi MMC"nin təşkilatcılığı
və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilən ,,ÖZ DÜNYANI BOYA"adlı rəsm müsabiqəsinin qalibləri
mükafatlandırıldı. Sərgidə 170 şagirdin
200 dən çox əl işi nümayiş olundu.
Dekabr ayının
17-də keçirilən müsabiqənin I hissəsində FAB Boya və Kimya Sənayesi
MMC" nin təsisçisi Anar Əliyev, baş direktor Kənan Məhərrəmov münsiflər heyətinin üzvləri Azərbaycan rəssamlar ittifaqının
katibi, Xalq rəssamı, Professor Ağaəli İbrahimov, Xalq rəssamı, Professor Arif
Hüseynov, Əməkdar mədəniyyət işçisi, sənətşunas Ziyadxan Əliyev, təqdim olunmuş əsərlərə baxmış və seçilmiş mövzuya
uyğun ən yaxşılarını qalib elan etmişlər.
Sərgiyə
dəvət olunan şagirdlər və qonaqlar əvvəlcə "FAB Boya və Kimya Sənayesi
MMC" nin istehsalat prosesi, yenilikləri,
məhsul çeşidləri ilə yaxından tanış oldular. Daha sonra sərgini giriş sözu ilə "FAB Boya və Kimya Sənayesi
MMC"nin baş direktoru Kənan Məhərrəmov açdı. O,gələn qonaqları və sərgi
iştirakçılarını salamladıqdan sonra I-ci yerə layiq görülmüş qalibləri mükafatlandırdı.
İctimaiyyətin, Rəssamlar
ittifaqının və KİV-in iştirakı ilə keçirilən tədbirdə bir sıra çıxışlar səsləndirildi. Sonda qaliblər, sərgiyə qatılan bütün
iştirakçılar plaket, fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.
[Gallery(78)]