Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
,,Öz dünyanı boya" adlı rəsm müsabiqəsinin qalibləri seçildi | FAB BOYA
,,Öz dünyanı boya" adlı rəsm müsabiqəsinin qalibləri seçildi
17 dekabr 2016-cı il tarixində Xalq rəssamı, professor Ağaəli
İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ziyadxan Əlivev şirkətimizin qonağı oldular. Şirkətimizin
təsisçisi Anar Əliyev və baş direktoru Kənan Məhərrəmov qonaqlarla görüşüb
onlara fabrikimizin istehsalat prosesi,yenilikləri, məhsul çeşidləri haqqında
geniş məlumat verdilər. Səmimi keçən görüşdən sonra "FAB Boya və Kimya Sənayesi
MMC"-nin məktəblilər arasında təşkil etdiyi ,,Öz dünyanı boya" adlı rəsm
müsabiqəsinin qalibləri seçildi. Qonaqlar məktəblilər arasında belə bir sərginin
keçirilməsini yüksək qiymətləndirib şirkətin rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər. Onu da qeyd edək ki, sərgidə 170 məktəblinin 200-dən çox əsəri
iştirak edir.Qaliblərin mükafatlandırma mərasimi 24 dekabr 2016 cı il tarixində
keçiriləcəkdir.
[Gallery(76)]