Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
GƏNC MÜHƏNDİSLƏR CƏMİYYƏTİ "FAB BOYA VƏ KİMYA SƏNAYESİ" MMC-DƏ | FAB BOYA
GƏNC MÜHƏNDİSLƏR CƏMİYYƏTİ "FAB BOYA VƏ KİMYA SƏNAYESİ" MMC-DƏ
2001-ci ildə
yaradılmış "FAB Boya və Kimya Sənayesi" MMC 2016-cı ildə 15 yaşını
qeyd edir. Bu əlamətdar tarixə həsr olunmuş seminarlar silsiləsi çərçivəsində
biz şirkətimizə respublikanın orta və ali təhsil ocaqlarında tədris alan
tələbələıri, müxtəlif təşkilatları və qurumları şirkətimizə dəvət edir, onları
"FAB Boya və Kimya Sənayesi" MMC-nin fəaliyyəti, yaranma tarixi ilə tanış
edirik.
Bu dəfəki qonağımız Azərbaycan Gənc
Mühəndislər Cəmiyyətinin üzvləri oldu.
Gənc Mühəndislər Cəmiyyəti 2012-ci
ildən mühəndislik sahəsində təhsil alan bir qrup tələbənin təşəbbüsü ilə sosial
qrup olaraq təsis edilib. Cəmiyyətimizin əsas məqsədi Azərbaycanın və dünyanın
müxtəlif texniki ali və orta məktəblərində təhsil alan, məzun olan, bu
istiqamətlərdə çalışan, həmçinin mühəndislik sahələrinə marağı olan gənc və
yeniyetmələri bir araya toplayaraq, onlar arasında maarifləndirmə və
təşkilatlanma işinə töhfə vermək, fikir və bilgi mübadiləsini gücləndirmək,
ölkədə texniki təhsilə marağı stimullaşdırmaqdır.
Bu günə qədər cəmiyyət üzvlərinin
çoxsaylı müraciətləri əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
BP şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, AYAN MMC, Qafqaz
Universiteti, Azərtexnolayn MMC və digər bu kimi təsisatların dəstəyi ilə
müxtəlif zamanlarda ekskursiyalar, seminarlara qatılan cəmiyyət "FAB Boya
və Kimya Sənayesi" MMC-nin yaranması və fəaliyyəti ilə maraqlanaraq, bu
məqsədlə 26 mart 2016-cı ildə şirkətimizə
cəmiyyətinin üzvləri, başda cəmiyyətin sədri Elvin Səfərli olmaqla,
təşrif buyurdular. Seminarda Bakı Dövlət, Qafqaz, Xəzər, Sumqayıt Dövlət və
Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərinin tələbələri olan üzvləri
iştirak etdilər.Öz fəaliyyətini ölkə iqtisadiyyatının inkişafı istiqamətində
yönəltmək, dövlətin iqtisadi potensialını artırmaq naminə səy və bacarığını
əsirgəməmək istiqamətində quran "FAB Boya və Kimya Sənayesi" MMC bu gün
respublikamızın ali təhsil ocaqlarında tədris alan gənclərlə sıx əlaqələr
yaratmaqla onların iqtisadi və texniki biliklərini istehsalata tətbiq etmək,
eyni zamanda onların gələcək professional işlərində fəaliyyətində rol oynamaq
məqsədini izləyir.
Tələbələrin çoxsaylı suallarını
cavablandıran şirkət əməkdaşları gənclərlə ünsiyyətdən, həmçinin, onların bilik
səviyyəsindən və təhsilə, istehsalat
sahəsinə göstərdikləri maraqdan məmnun qaldıqlarını vurğuladılar.
Sonra çıxış edən Gənc Mühəndislər
Cəmiyyətinin sədri Elvin Səfərli "FAB Boya və Kimya Sənayesi" MMC
tərəfindən yaradılan şəraitdən və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx
əməkdaşlıqdan məmnun qaldığını bildirdi. Sonra Elvin bəy qeyd etdi ki, bu kimi
görüşlər gələcəyin gənc mütəxəssisləri olan tələbələr üçün onların əmək
fəaliyyətlərinin təşkil olunmasında və peşə seçimində böyük əhəmiyyət daşıyır.
Görüşü son sözlə bağlayan şirkət
əməkdaşları Gənc Mühəndislər Cəmiyyətinin üzvlərinə, cəmiyyətin sədri Elvin
Səfərli başda olmaqla, bu tədbirdə iştirak etdikləri üçün "FAB Boya və
Kimya sənayesi" MMC adından öz təşəkkürlərini bildirdilər, gələcəkdə də
belə əhəmiyyətli görüşlərin davam etdiriləcəyini qeyd etdilər və onların,
həmçinin respublikamızın başqa təhsil ocaqlarından olan gəncləri şirkətimizdə
bir daha görəcəyimizə ümidvar olduqlarını bildirdilər.
Görüşün sonunda qonaqlar nahar süfrəsinə dəvət olundular
və simvolik hədiyyələrlə təltif olundular.
[Gallery(72)]