Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ÜÇÜN FORUM | FAB BOYA
İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ÜÇÜN FORUM
3 mart 2016-cı ildə "FAB Boya və Kimya Sənayesi" MMC-nin
İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Azərbaycan Dövlət
İqtisad Universitinin ilə forum keçirdi. Forumda İqtisad Universitetinin
"Biznesin İdarə Edilməsi" fakultəsinin I-II-III-IV kurs tələbələri,o
cümlədən, universitetdə təhsil alan əcnəbi tələbələr də iştirak etdilər. Forumu
giriş sözü ilə açan şirkətin Kadrlar üzrə direktor müavini Ağarəhim
Abdurahmanov tələbələri və universitetin əməkdaşlarını salamladı və görüşün mahiyyətinə uyğun olaraq şirkətimizin
yaranma tarixi, fəaliyyəti haqqında bir daha qısa məlumat verdi.
Ağarəhim müəllim qeyd etdi ki, fəaliyyətini ölkə iqtisadiyyatının inkişafı istiqamətində
yönəltmək, dövlətin iqtisadi potensialını artırmaq naminə səy və bacarığını əsirgəməmək
bu gün hər bir sahibkarın qarşısında duran ümdə vəzifələrdəndir. "FAB Boya
və Kimya Sənayesi" MMC öz fəaliyyətini məhz bu müstəvidə qurmuşdur. Biz
respublikamızın ali təhsil ocaqlarında tədris alan gənclərlə sıx əlaqələr
yaratmaqla onların iqtisadi və texniki biliklərini istehsalata tətbiq etmək, eyni
zamanda onların gələcək karyera işlərində əhəmiyyətli rol oynamaq məqsədini izləyirik.
Tələbələrin çoxsaylı
suallarını cavablandıran Ağarəhim Abdurahmanov, gənclərlə ünsiyyətdən, həmçinin,
onların bilik səviyyəsindən və təhsilə,
istehsalat sahəsinə göstərdikləri maraqdan məmnun qaldığını vurğuladı.
Sonra çıxış edən "İqtisad
Universitetinin "Karyera Mərkəzi"nin baş mütəxəssisi Amin Həsənov,
Daxili Audit şöbəsinin əməkdaşı Əvəz Ələsgərov "FAB Boya və Kimya Sənayesi"
MMC tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış
sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi. Sonra Amin bəy qeyd etdi ki, bu
kimi görüşlər gələcəyin gənc mütəxəssisləri olan tələbələr üçün onların əmək fəaliyyətlərinin
təşkil olunmasında və karyera seçimində böyük əhəmiyyət daşıyır.
Forumu son sözlə
bağlayan Ağarəhim Abdurahmanov İqtisad Universitetinin tələbə-əməkdaş heyətinə
bu tədbirdə iştirak etdiyi üçün şirkətimiz adından öz təşəkkürünü bildirdi, gələcəkdə
də belə əhəmiyyətli görüşlərin davam etdiriləcəyini qeyd etdi və onların, həmçinin
respublikamızın başqa təhsil ocaqlarından olan gəncləri şirkətimizdə bir daha
görəcəyimizə ümidvar olduğunu bildirdi.
[Gallery(71)]