Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Ustalar üçün növbəti Seminar proqramı | FAB BOYA
Ustalar üçün növbəti Seminar proqramı
Növbəti
Təlim Tanıtım seminar proqramı şirkətimiz tərəfindən 07-09.01.2016-cı il tarixdə
təşkil olundu. Bu proqramı reallaşdırmaqda şirkətimizin məqsədi inşaat sektorunda
çalışan insanlarla sıx iş birliyi yaratmaq, onları "FAB Boya və Kimya Sənayesi"
MMC-nin yaranma və fəaliyyət tarixi, həmçinin, hazırda şirkətdə baş verən
istehsal prosesləri ilə tanış etmək, habelə, ustalara istifadə etdikləri boya və
keramika yapışdırıcılarının istehsalı, tərkibi, istifadə olunma və saxlanılma
qaydaları, gələcəkdə yaranacaq hər hansı problemlərin və çətinliklərin həlli
yollarını ətraflı şəkildə izah etməkdir.
Seminar proqramının müvafiq
layihəsi çərçivəsində qonaqlar ilk öncə "FAB Boya və Kimya Sənayesi"
MMC-nin bölmə və fabrikləri, burada baş verən istehsal prosesləri, istehsal
olunmuş hazır məhsulların, habelə, çeşid sayı 30 000 minə çatan, şirkətimizin
distribyutoru olduğu, dünyanın ən tanınmış brendlərinə məxsus inşaat malları və
aksessuarlarının depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular. "FAB
Akademiyası" - nın I korpusunda fəaliyyət göstərən Keyfiyyətə Nəzarət,
Polimerlər, Keramika Yapışdırıcıları, Araşdırma və İnkişaf Laboratoriyaları,
habelə, 2015-ci ildə öz işinə başlamış
"FAB akademiyası" - nın II korpusunda çalışan Plastik Məhsulların
Keyfiyyətinə Nəzarət Laboratoriyası, habelə, şirkət əməkdaşları üçün qurulmuş əmək
və istirahət şəraiti ilə canlı tanış olmağa dəvət olundular.
Keyfiyyətə Nəzarət Laboratoriyasının
müdiri Toğrul Məhərrəmov və Araşdırma və İnkişaf Laboratoriyasının müdiri Murat
Eker boyanın sirrlərinə həsr olunmuş dərsləri apardılar.
Sonda Toğrul Məhərrəmov və Murat
Eker seminar proqramını bağlı elan etdilər,
şirkətimiz adından seminar iştirakçılarına bu proqrama qatıldıqlarına görə öz təşəkkürlərini
bildirdilər, gələcəkdə öz peşəkar fəaliyyətləri ilə əlaqədar yaranacaq hər
hansı bir problemlərlə bağlı şirkətimizin keyfiyyətə nəzarət laboratoriyalarına
müraciət etməklərini tövsiyə edərək, bir
daha onları "FAB Boya və Kimya Sənayesi" MMC-də görəcəklərinə ümidvar
olduqlarını bildirdilər və onlara gələcək həyatlarında və işlərində uğurlar
arzuladılar.
Ardınca qonaqlara Təlim Seminar proqramında
iştirak haqqında müvafiq Sertifikat və simvolik hədiyyələr təqdim olundu.
[Gallery(70)]