Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
İlin Keyfiyyətli Boya İstehsalçısı FAB BOYA | FAB BOYA
İlin Keyfiyyətli Boya İstehsalçısı FAB BOYA
"İlin
Şirkəti" milli mükafatının 2015-ci ilin yekunları üzrə laureatları
dekabrın 16-da Jumeirah Bilgah Beach mehmanxanasında keçirilən təntənəli təqdimat
mərasimində elan olundular.
Qeyd edək ki, "İlin Şirkəti 2015"
mükafatına 23 laureat - biznes sferasında son bir ildə əldə etdikləri
nailiyyətlərə görə bu yüksək mükafatlara layiq görüldülər.
Laureatlar arasında iri maliyyə institutları və sənaye şirkətləri ilə yanaşı,
öz fəaliyyətində böyük uğurlar qazanmış telekommunikasiya və tikinti şirkətləri, pərakəndə ticarət şəbəkələri, avtomobil idxalçıları, ölkənin tanınmış iri və orta sahibkarlıq müəssisələri, həmçinin media strukturları da var.
Xatırladaq ki, "İlin Şirkəti" mükafatı
2006-cı ildə nüfuzlu Consulting&Business jurnalıtərəfindən təsis olunub və hər il təqdim olunur.
"FAB Boya və Kimya Sənayesi" MMC növbəti dəfə "İLİN KEYFİYYƏTLİ BOYAİSTEHSALÇISI" nominasiyasında "İLİN ŞİRKƏTİ" mükafatına layiq görüldü. Bu isə təsadüfi
deyildir. "FAB Boya" keyfiyyətli məhsul istehsalına, müasir keyfiyyətə nəzarət
laboratoriyalarına, müəssisəmizdəki mükəmməl şəkildə qurulmuş idarəetmə
sisteminə , şirkətin öz əməkdaşlarını və müştərilərini yüksək dəyərləndirdiyinə,
ildən-ilə yeni texnologiyaların tətbiqinə, yeni çeşidlərin təqdim edilməsinə
görə Azərbaycanda öndə gedən şirkətlər sırasındadır. Şirkətimizin bu il bazarda
apardığı aktiv reklam siyasəti və istehsala investisiya yatırımları təqdirəlayiqdir.
İl ərzində yaradılan yeni istehsal sahələri, o cümlədən, şirkətin nəzdində PP
boru istehsal edən yeni fabrikin işə salınması, "FAB Boya və Kimya Sənayesi"
MMC-nin yeni, müasir, texnoloji nailiyyətin ən son tələblərinə cavab modern "FAB Akademiyası" II
korpusunun və bu korpusun nəzdində fəaliyyətə başlayan "Plastik Məhsulların
Keyfiyyətinə Nəzarət Laboratoriyası" nın
şirkətimizin əldə etdiyi nailiyyətlərdəndir. İstehsalla yanaşı,
respublikanın ictimai həyatında liderlik edən
şirkətimiz respublikamızın müxtəlif ali və orta tədris ocaqlarında təhsil
alan gənclərimizi şirkətin fəaliyyəti ilə tanış etmək, onların dünyagörüşünü
artırmaq məqsədilə onlar üçün vaxtaşırı tanıtım-seminar proqramları təşkil
edir. Bununla yanaşı, "FAB Boya və kimya Sənayesi" MMC inşaat sektorunun müxtəlif
sahələrində ixtisaslaşmış ustaları öz fəaliyyəti, habelə istehsal və idxal
etdiyi məhsullarla tanış etmək, ustalara boya məhsullarının sirri, onlardan
istifadə və saxlanılma qaydaslarına həsr olunmuş Tədris-seminar proqramları təşkil
edir.
"FAB Boya və
Kimya Sənayesi" MMC adından təltifetmə mərasimində iştirak edən şirkətimizin
Satış və Marketinq Departamentinin Müdiri Fuad Əlişov çıxış edərək, "şirkətimizin
uğurunu yüksək dəyərləndirdiklərinə görə mükafatın təşkilatçılarına öz təşəkkürünü
bildirmiş və qeyd etmişdir ki, "FAB Boya və Kimya Sənayesi" MMC bundan sonra əldə etdiyi nailiyyətləri və
qazandığı uğur zirvəsini qoruyub saxlayacaq və ölkə iqtisadiyyatının inkişafı
yolunda daha uca zirvələri fəth edəcəkdir.
"FAB
Boya və Kimya Sənayesi" MMC inşaat sektorunda, o cümlədən, biznesin idarə
edilməsi sahəsində hər zaman lider mövqedədir. Bütün bunlara yekun olaraq, şirkətimizə
Yeni 2016-cı ildə daha yeni müvəffəqiyyətlərə imza atmağı arzulayırıq.
[Gallery(69)]