Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Ustalar üçün təşkil olunan 3 günlük Tanıtım və Təlim Seminar Proqramı | FAB BOYA
Ustalar üçün təşkil olunan 3 günlük Tanıtım və Təlim Seminar Proqramı
2014-cü ildən öz
işinə başlamış "FAB Akademiyası"-nın I korpusu respublikamızın orta
məktəb şagirdləri, ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün müxtəlif
səpkili tanıtım-seminar, həmçinin ustalar və şirkətin əməkdaşlarının ixtisas
dərəcəsinin və kvalifikasiyasının artırılması üçün nəzərdə tutulmuş
təlim-seminar proqramlarını özündə əhatə edir.
26-27-28.11.2015-ci il tarixində FAB Boya və Kimya
Sənayesi MMC respublikanın müxtəlif bölgələrindən olan ustalar üçün yeni
Tanıtım və Təlim Seminar proqramını həyata keçirdi. Bu proqramı reallaşdırmaqda
şirkətimizin məqsədi inşaat sektorunda çalışan insanlarla sıx iş birliyi
yaratmaq, onları FAB Boya və Kimya Sənayesi MMC-nin yaranma və fəaliyyət
tarixi, həmçinin hazırda şirkətdə baş verən istehsal prosesləri ilə tanış
etmək, habelə ustaları istifadə etdikləri boya və keramika yapışdırıcılarının istehsalı,
tərkibi, istifadə olunma və saxlanılma qaydası, gələcəkdə yaranacaq hər hansı
problemlərin və çətinliklərin həlli yollarını ətraflı şəkildə izah etməkdir.
Seminarı FAB Boya və Kimya Sənayesinin Baş Direktoru
Kənan Məhərrəmov açıq elan edərək, iştirakşıları şirkətimiz adından və
salamladı və onları şirkətimizdə gördüyünə şad olduğunu söylədi. Sonra dərsləri
şirkətimizin Keyfiyyətə Nəzarət
Laboratoriyasının müdiri Toğrul Məhərrəmov və Araşdırma və İnkişaf
Laboratoriyasının müdiri Murat Eker apardılar. Çalışdıqları
sahədə yüksək səviyyədə professionallığa və təcrübəyə malik insanlar - ustalar
öz bacarıqlarını bir daha inkişaf etdirmək və bilik dərəcələrini artırmaq üçün FAB
Boya və Kimya Sənayesinin təşkil etdiyi və 3 gün davam edən Tanıtım və Təlim
Seminar Proqramında böyük həvəslə iştirak etdilər. Ustaların Sinif otağında
keçirilən dərs, Araşdırma və İnkişaf Laboratoriyasında reallaşdırılan təcrübə
saatlarında göstərdikləri maraq, onların dərsləri aparan müəllimlərə
yönləndirdikləri çoxsaylı sualları bütün bunlardan xəbər verir.
İlk öncə seminar təşkilatçıları
ustaları FAB Boya və Kimya Sənayesi MMC-nin fəaliyyəti, burada baş verən
istehsal prosesləri, hazır məhsulların depolanması və dağıtımı prosesləri ilə
yaxından tanış oldular. Qonaqlar istifadə etdikləri boya və yapışdırıcı
məhsulların istehsal, təcrübə saatları zamanı bu məhsulların istifadə və
saxlanılma qaydası ilə tanış oldular. Dərslər arası fasilə zamanı çay
dəqiqələri və sonda nahar fasiləsi proqrama xüsusi atmosfer və səmimi ünsiyyət
anları bəxş etdi.
Sonda Kənan Məhərrəmov şirkətimiz
adından seminar iştirakçılarına bu proqrama qatıldıqlarına görə öz təşəkkürünü
bildirdi və bir daha onları FAB Boya və Kimya Sənayesi MMC-də görəcəyini
arzulayaraq, ustalara gələcək həyatlarında uğurlar arzuladı. Ardınca qonaqlara
müvafiq Sertifikat və simvolik hədiyyələr təqdim olundu.
[Gallery(68)]