Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Qafqaz Universitetinin və tələbələri "FAB Boya və Kimya Sənayesi" MMC -də Tanıtım- Seminar proqramında. | FAB BOYA
Qafqaz Universitetinin və tələbələri "FAB Boya və Kimya Sənayesi" MMC -də Tanıtım- Seminar proqramında.
Məlumdur ki, "FAB Boya və Kimya
Sənayesi" MMC respublikamızın
müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələri vaxtaşırı özünün
fəaliyyəti ilə tanış edir, gənclərə gələcəkdə peşə seçimində yardımçı olmaq məqsədilə
tanıtım-seminar proqramlarını həyata keçirir.
18.11.2015-ci il tarixində şirkətimiz yenidən Qafqaz
Universitetinin tələbələri üçün tanıtım-seminar proqramını təşkil etdi.
Proqrama Qafqaz Universitetinin İqtisadiyyat fakültəsinin ingilis dili
bölməsində Dünya İqtisadiyyatı ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri,
habelə Qafqaz Universitetinin İş Dünyası İlə Əlaqələr üzrə Prorektoru, dosent,
hörmətli Təyyar Mustafayev qatıldılar.
Seminar proqramının aparıcısı Elvira Məmmədova qonaqları
"FAB Boya və Kimya Sənayesi" MMC adından salamlayaraq, gəncləri
şirkətlə - FAB BOYA və Kimya Sənayesi MMC-nin bütün bölmələrində gedən istehsal
prosesləri ilə tanış olmağa dəvət etdi. Şirkətin "FAB Akademiyası"
nın nəzdində fəaliyyət göstərən 4 FAB laboratoriyası - Araşdırma və İnkişaf,
Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları ilə tanışlıq
tələbələrin böyük marağına səbəb oldu. Sonra qonaqlar Konfrans zalına keşərək
"FAB Boya və Kimya Sənayesi" MMC-nin tarixinə həsr olunmuş
qısametrajlı video-çarxı izlədilər.
Sonda Təyyar Mustafayev çıxış edərək, tələbələr adından
şirkət rəhbərliyinə və tanıtım-seminar proqramının təşkilatçılarına bu layihəyə
dəvət olunduqları üçün öz təşəkkürünü bildirdi. Hörmətli dosent onu da qeyd etdi
ki, FAB Boya və Kimya Sənayesinin rəhbərliyi təhsilə böyük önəm verir və
bununla əlaqədar olaraq əməkdaşlarının bilik və bacarığının inkişaf etdirilməsi
yolunda mühüm addımlar atmaqdadır. Şirkətin "FAB Akademiyası"
nəzdində vaxtaşırı təşkil olunan tanıtım-seminar proqramları kimi təqdirəlayiq
layihələr şirkətin təhsilə dair hazırladığı tədbirlər planının bir hissəsini
təşkil edir.
Qonaqlar çay
süfrəsinə dəvət olundular. Seminar-tanıtım proqramı simvolik hədiyyələrin təqdim
olunması ilə başa çatldı, görüş xatirə şəkillərinə həkk olundu. Qonaqlar
"FAB Boya və Kimya Sənayesi" MMC əməkdaşlarına öz təşəkkürlərini və
xoş arzularını bildirərək, şirkətdən ayrıldlılar. Biz də öz növbəmizdə,
"FAB Boya və Kimya Sənayesi" MMC adından Qafqaz Universitetinin
tələbələrinə və şəxsən Təyyar Mustafayeva şəxsi həyatlarında, təhsillərində və
işlərində müvəffəqiyyətlər arzulayırıq.
[Gallery(67)]