Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
ELİTAR GİMNAZİYANIN ŞAGİRDLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ | FAB BOYA
ELİTAR GİMNAZİYANIN ŞAGİRDLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ
"FAB
Boya və Kimya Sənayesi" MMC məktəblilərlə
növbəti seminar proqramını 14.11.2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu
İ. Əfəndiyev adına Elitar Gimnaziyanın məktəbinin 8 A-1 sinif şagirdləri üçün təşkil etdi.
Seminarın aparıcısı zavodumuza dəvət olunan
uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, onları şirkətimiz - zavodun bütün fabrik və bölmələri üzrə gəzintiyə
dəvət etdi.
Uşaqlar şirkətimizdə burada həyata
keçirilən keramika yapışdırıcıları, elektrik məhsulları, plastik boru, qutular
və çoxdan görmək arzusunda olduqları boya istehsalı ilə yaxından tanış oldular.
Habelə hazır məhsulun, o cümlədən, "FAB Boya və Kimya Sənayesi"
MMC-nin distribyutoru olduğu, dünyanın ən məşhur brendlərinə məxsus inşaat
malları və aksessuarlarının depolanması
və dağıtımı proseslərinin canlı şahidi oldular.
Şirkətimizin "FABKİM"
Keramika Yapışdırıcıları bölməsində baş verən maraqlı "dərs" dəqiqələri
haqqında bir-neçə kəlmə qeyd etmək istərdik. Belə ki, "FABKİM" bölmə
rəhbəri Rövşən Abdullayev bölmə üzrə baş verən gəzinti zamanı gənc qonaqlara tədris
aldıqları Kimya fənni üzrə suallarla müraciət etdi. Elitar Gimnaziyanın şagirdlərinin
sual-cavabdakı aktivliyi, bu təhsil ocağında təhsil səviyyəsinin yüksək keyfiyyətindən
xəbər verir. Ələlxüsus, bu sinfin şagirdi Əli Novruzovu xüsusilə qeyd etmək istəyirik.
Bu isə bizi sevindirməyə bilməzdi.
Şirkətimizin "FAB Akademiyası" I və
II Koprusları ilə tanışlıq, o cümlədən, "FAB
Akademiyası" I Korpusunun nəzdində
yerləşən Araşdırma və İnkişaf, Keyfiyyətə
Nəzarət, Kafel və Metlax Yapışdırıcıları, Polimerlər laboratoriyalarında davam edən ekskursiya və
tanıtım-seminar proqramı, habelə burada baş verən müxtəlif rənglərin alınması prosesi
məktəblilərin marağına və sevincinə səbəb oldu. Nahar süfrəsinə dəvət olunan
uşaqlar tədbrin sonunda müvafiq Sertifikat və xatirə hədiyyələri ilə təltif olundular.
Vidalaşaraq, İ. Əfəndiyev adına Elitar Gimnaziyanın məktəbinin 8 A-1 sinif rəhbəri Rəna xanım Məşədizadə və tədbir
iştirakşısı olan valideyn Laçın xanım Nəbiyeva şirkətimizə, seminarın təşkilatçılarına
və aparıcılarına zavod üzrə maraqlı gəzintiyə dəvət aldıqları üçün öz adından və
məktəblilər adından təşəkkürünü bildirdi.
Biz də "FAB Boya və Kimya Sənayesi"
MMC adından İ. Əfəndiyev adına Elitar Gimnaziyanın məktəbinin 8 A-1 sinif şagirdlərinə, başda sinif rəhbəri Rəna
Məşədizadə olmaqla, şirkətimizə təşrif buyurduqları üçün təşəkkürümüzü bildirir, uşaqlara təhsillərində və həyatlarında
uğurlar arzulayırıq.
[Gallery(66)]