Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
Bakı şəhər Nərimanov rayon 193 saylı orta məktəbin 8-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi" MMC-də | FAB BOYA
Bakı şəhər Nərimanov rayon 193 saylı orta məktəbin 8-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi" MMC-də
Uzaqgörən siyasi lider olan Heydər
Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla
davam etdirilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar,
Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına
və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir
Hazırda ölkəmizdə uşaq problemlərinin həlli
istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir.
Dövlətimizin daima gənc nəslin tərəqqisini
düşünərək atdığı real və konkret addımları nəzərə alaraq, "FAB Boya və Kimya Sənayesi"
MMC respublikanın müxtəlif məktəblərində təhsil alan yeniyetmələri şirkətimizin
fəaliyyəti ilə tanış etmək, onların dünya görüşünü artırmaq, məktəblilərin
hazırda tədris aldıqları fənnlər üzrə bilik səviyyələrini daha da zənginləşdirmək,
ən əsası isə, gələcəkdə onlara peşə seçimində yardım etmək məqsədi ilə
respublikamızın müxtəlif orta məktəblərində təhsil alan yuxarı sinif şagirdləri
üçün vaxtaşırı tanıtım-seminar proqramları təşkil edir. Bu əhəmiyyətli, əvəzsiz
layihənin əsası "FAB Boya" nın qurucusu mərhum Səfər Əliyev tərəfindən 2013- cü ildə qoyuldu.
"FAB Boya və Kimya Sənayesi" MMC
növbəti belə seminar proqramını 07.11.2015-ci il tarixində Bakı şəhəri Nərimanov
rayonu 193 saylı orta ümumtəhsil məktəbinin VIII sinif şagirdləri üçün təşkil
etdi. şagirdləri üçün təşkil etdi.
Seminarın aparıcısı zavodumuza dəvət olunan
uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, onları şirkətimiz - zavodun bütün fabrik və bölmələri üzrə gəzintiyə
dəvət etdi.
Qonaqlar burada həyata keçirilən
keramika yapışdırıcılarının, elektrik məhsullarının, plastik boru, qutuların,
boya istehsalının, habelə hazır məhsulun, o cümlədən "FAB Boya və Kimya Sənayesi"
MMC-nin distribyutoru olduğu, dünyanın ən məşhur brendlərinə məxsus inşaat
mallarının və aksessuarlarının depolanması
və dağıtımı proseslərinin canlı şahidi oldular.
Şirkətimizin "FAB Akademiyası"nın nəzdində
yerləşən Araşdırma və İnkişaf, Keyfiyyətə
Nəzarət, Kafel və Metlax Yapışdırıcıları, Polimerlər laboratoriyalarında davam edən ekskursiya və
tanıtım-seminar proqramı, habelə burada baş verən müxtəlif rənglərin alınması
prosesini xüsusulə qeyd etmək istəyirik. Belə ki, burada həyata keçirilən müxtəlif
rəngli boyaların alınması prosesi məktəblilərin marağına və sevincinə səbəb
oldu. Sonda qonaqlar nahar süfrəsinə dəvət olundular. Bunun ardından uşaqlar
Sertifikat və xatirə hədiyyələri ilə təltif
olundular. Vida mərasimində 193 saylı orta məktəbin müəllimi Kəmalə xanım
Süleymanova, həmçinin təşrif buyurmuş valideynlər şirkətimizə, seminarın təşkilatçılarına
və aparıcılarına zavod üzrə maraqlı gəzintiyə adından görə öz adından və məktəblilər
təşəkkürünü bildirdi.
Biz də "FAB Boya və Kimya Sənayesi"
adından MMC qonaqlarımıza - 193 saylı orta məktəbin şagirdlərinə, başda məktəbin
müəllimi Kəmalə Süleymanova olmaqla, şirkətimizə təşrif buyurduqları üçün təşəkkürümüzü bildirir, uşaqlara təhsillərində və həyatlarında
uğurlar arzulayırıq.
[Gallery(65)]