Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ | FAB BOYA
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC-DƏ
"FAB Boya və Kimya Sənayesi" MMC respublikamızın müxtəlif
ali təhsil ocaqlarında təhsil alan tələbələri vaxtaşırı özünün fəaliyyəti ilə
tanış edir, gənclərə gələcəkdə peşə seçimində yardımçı olmaq məqsədilə
tanıtım-seminar proqramlarını həyata keçirir.
06.11.2015-ci il tarixində şirkətimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AzMİU) tələbələri üçün növbəti tanıtım-seminar proqramını təşkil etdi.
Proqrama AzMİU-nin İnşaat Texnologiyası fakültəsinin Yapışdırıcı Materiallar və
Betonlar Texnologiyası Kafedrasının Baş Müəllimi,texnologiya üzrə fəlsəfə
doktoru Vasif Şahmarov, habelə AIMU-nin İnşaat Texnologiyası fakültəsinin 2-ci
və 3-cü kurs tələbələri qatıldılar.
Seminar proqramının
aparıcısı Kənan Məhərrəmov qonaqları "FAB Boya və Kimya Sənayesi" MMC
adından salamladı və onları şirkətdə baş verən istehsal prosesləri və
yeniliklərlə yaxından tanış olmağa dəvət etdi. Şirkətimizin bütün bölmələrində
gedən istehsal prosesləri ilə - kafel və keramika yapışdırıcılarının, elektrik
məhsullarının və plastik boruların, boya məhsullarının (sintetik və su bazlı),
qutu, PVA yapışdırıcıları istehsalı ilə tanış olmağa dəvət etdi. "FAB Boya
və Kimya Sənayesi" MMC-nin istehsal etdiyi hazır məhsulun, həmçinin
distribyutoru olduğu, sayı 30 000-ə çatan, dünyanın ən məşhur brendlərinə
məxsus inşaat mallarının və aksessuarlarının depolanması və dağıtımı prosesləri
ilə tanış oldular. Şirkətin "FAB Akademiyası"nın nəzdində fəaliyyət
göstərən 4 FAB laboratoriyası - Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət,
Polimerlər, Keramika Yapışdırıcıları ilə tanışlıq tələbələrin böyük marağına
səbəb oldu. Sonra qonaqlar konfrans zalına keşərək "FAB Boya və Kimya
Sənayesi" MMC-nin tarixinə həsr olunmuş qısametrajlı video-çarxı
izlədilər.
AzMİU-nin İnşaat
Texnologiyası fakültəsinin Yapışdırıcı Materiallar və Betonlar Texnologiyası
Kafedrasının Baş Müəllimi Vasif Şahmarov tələbələr adından şirkət rəhbərliyinə
və tanıtım-seminar proqramının təşkilatçılarına bu layihəyə dəvət olunduqları
üçün öz təşəkkürünü bildirdi.
Nahar fasiləsində
qonaqlar süfrə arxasına dəvət olundular. Seminar-tanıtım proqramı xatirə
hədiyyələrinin və Sertifikatların təqdim olunması ilə başa çatldı, görüş xatirə
şəkillərinə həkk olundu. Qonaqlar "FAB Boya və Kimya Sənayesi" MMC
əməkdaşlarına öz təşəkkürlərini və xoş arzularını bildirərək, şirkətdən
ayrıldlılar. Biz də öz növbəmizdə, "FAB Boya və Kimya Sənayesi" MMC
adından Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və əməkdaş
heyətinə şəxsi həyatlarında, təhsillərində və işlərində müvəffəqiyyətlər
arzulayırıq. Gələn görüşlərədək...
[Gallery(63)]