Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
"FABBOYA" NIN MƏKTƏBLİLƏR ÜÇÜN NÖVBƏTİ SEMİNAR PROQRAMI | FAB BOYA
"FABBOYA" NIN MƏKTƏBLİLƏR ÜÇÜN NÖVBƏTİ SEMİNAR PROQRAMI
Dövlətimizin
daima gənc nəslin tərəqqisini düşünərək atdığı real və konkret addımları nəzərə
alaraq, "FAB Boya" respublikanın müxtəlif məktəblərində təhsil alan yeniyetmələri
şirkətimizin fəaliyyəti ilə tanış etmək, onların dünya görüşünü artırmaq, məktəblilərin
hazırda tədris aldıqları və yuxarı siniflərdə tədris alacaqları fənnlər üzrə
bilik səviyyələrini daha da zənginləşdirmək, ən əsası isə, gələcəkdə onlara peşə
seçimində yardım etmək məqsədi ilə məktəblilər üçün vaxtaşırı tanıtım-seminar
proqramları təşkil edir. Bu əhəmiyyətli, əvəzsiz layihənin əsası "FAB Boya" nın
qurucusu mərhum Səfər Əliyev tərəfindən2013- cü ildə qoyuldu.
Məlum
olduğu kimi, "FAB Boya" uşaqlar üçün ilk seminar proqramını həmin ilin may
ayında həyata keçirdi. Mərhum Səfər Əliyevin qoyduğu əvəzsiz, son dərəcə əhəmiyyətli
bir ənənəni davam etdirərək, "FAB Boya"
növbəti belə seminar proqramlarını bu ilin noyabr ayında Bakı şəhərinin iki ümumtəhsil
ocağı - Nəsimi rayon İ. Əfəndiyev adına Elitar Gimnaziya və Nizami rayon 220
saylı məktəb - liseyin şagirdləri üçün təşkil etdi. "FAB Boya" bu seminar proqramlarını şirkətimizin
yaradıcısı Səfər Əliyevin əziz xatirəsinə ithaf edir.
Seminarın aparıcısı zavodumuza dəvət olunan
uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, bütün bölmələrini gəzərək,
uşaqlar, burada həyata keçirilən keramika yapışdırıcılarının, elektrik məhsullarının,
boya istehsalı, hazır məhsulun depolanması və dağıtımı proseslərinin canlı
şahidi oldular.
Şirkətimizin
Keyfiyyətə Nəzarət Laboratoriyalarında davam edən həyata keçirilən müxtəlif rəngli
boyaların rənglənməsi prosesi məktəblilərin marağına və sevincinə səbəb oldu.
Onlar
sevimli rənglərdən aldıqları təəssüratları ilə bizimlə həvəslə bölüşdülər.
Seminar proqramının konfrans zalında davam edən hissəsində uşaqlara boyanın
yaranma, inkişaf tarixi haqqında, habelə istehsalı prosesindən, tərkibi və
çeşidləri və təyinatı haqqında məlumat verildi.
Daha sonra
gənc dinləyicilərin çoxsaylı sualları cavablandırıldı. Ardınca uşaqlar"FAB Boya" - nın tarixinə həsr olunmuş
qısametrajlı filmi və boyaya aid yumoristik parçalar izlədilər. Seminar
proqramının növbəti mərhələsi dadlı, ləzzətli yemək və çay süfrəsi ilə davam
etdi. Seminar-tanıtım proqramı məktəblilərə sertifikat və hədiyyələrin təqdimolunma
mərasimi ilə yekunlaşdırıldı.
[Gallery(38)]