Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/fabboyaa/public_html/lib/class_db.php on line 85
Notice: Undefined property: Database::$query_show in /home/fabboyaa/public_html/lib/class_db.php on line 111
İLİN KEYFİYYƏTLİ BOYA İSTEHSALÇISI - FAB BOYA | FAB BOYA
İLİN KEYFİYYƏTLİ BOYA İSTEHSALÇISI - FAB BOYA
2014-cü ilin yekunlarına görə 10 dekabr 2014-cü ildə
"Jumeirah Bilgah Beach Hotel"-də "Consulting & Business" jurnalının təşkilati
dəstəyi ilə "İLİN ŞİRKƏTİ" Milli Mükafatının 9-cu təltifetmə mərasimi
keçirildi.
Azərbaycan iqtisadiyyatının və milli biznesin müxtəlif
sahələrində fəaliyyət göstərən 27 laureat son bir ildə əldə etdikləri nailiyyətlərə
görə bu yüksək mükafata layiq görüldü. Laureatlar arasında iri maliyyə
institutları və sənaye şirkətləri ilə yanaşı, öz fəaliyyətində böyük uğurlar
qazanmış telekommunikasiya və tikinti şirkətləri, pərakəndə ticarət şəbəkələri,
avtomobil idxalçıları, ölkənin tanınmış iri və orta sahibkarlıq müəssisələri, həmçinin
media-strukturlar da var.
"FAB Boya və Kimya Sənayesi" MMC növbəti dəfə "İLİN KEYFİYYƏTLİ BOYA İSTEHSALÇISI" nominasiyasında "İLİN ŞİRKƏTİ" mükafatına layiq görüldü. Bu isə təsadüfi deyildir. "FAB Boya" keyfiyyətli məhsul
istehsalına görə, müasir keyfiyyətə nəzarət laboratoriyalarına, müəssisəmizdəki
mükəmməl şəkildə qurulmuş idarəetmə sisteminə, şirkətin öz əməkdaşlarını və
müştərilərini yüksək dəyərləndirdiyinə, ildən-ilə yeni texnologiyaların tətbiqinə,
yeni çeşidlərin təqdim edilməsinə görə Azərbaycanda öndə gedən şirkətlər
sırasındadır. Şirkətimizin bu il bazarda apardığı aktiv reklam siyasəti və yeni istehsal sahələrinə investisiya yatırımları təqdirəlayiqdir.
"FAB Boya" şirkəti
adından təltifetmə mərasimində iştirak edən OMİD topdan və pərakəndə satış mərkəzinin
müdiri Namiq Müslümov çıxış edərək, "FAB Boya"- nın uğurunu yüksək dəyərləndirdiklərinə
görə mükafatın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki,
"FAB Boya" bundan sonra da əldə etdiyi nailiyyətləri və qazandığı uğur zirvəsini
qoruyub saxlayacaq və ölkə iqtisadiyyatının inkişafı yolunda daha uca zirvələri
fəth edəcəkdir.
Ətraflı mətbuat bülletenimizdə...
[Gallery(35)]