az ru en

Şirkət haqqında


           "FAB Boya və Kimya Sənayesi” MMC  2001-ci ilin 24 aprelində Azərbaycanın paytaxtı Bakı şəhərində təsis edilib. Fəaliyyətinə "Faydasını alanlar bilər” şüarı ilə su əsaslı, sintetik, sellülozik tərkibli boyaların və həlledicilərin istehsalı ilə başlayıb. "FAB Boya” keyfiyyətli məhsulları ilə qısa müddət ərzində istehlakçıların rəğbəti qazanaraq inşaat sektorunda mövqeyini gücləndirməyi bacarıb. Effektiv satış və məhsullara artan təlabat şirkətin sürətli inkişafına təkan verib. Hazırda "FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində 5 fabrik ("FAB BOYA”, ”POLİMERLƏR”, "HİLL FAN”, "FABKİM”, "BƏYAZ ALÇI” ) fəaliyyət göstərir. Şirkət həmçinin təmir-dizaynla bağlı müxtəlif inşaat malları və aksesuarların istehsalı ilə məşğul olan dünyanın ən məşhur firmalarının Azərbaycandakı distribüteridir.

         "FAB Boya və Kimya Sənayesi” MMC istehsal prosesində ən müasir texnologiyaların tətbiqinə, insan sağlamlığına və ətraf mühitə zərərsiz, keyfiyyətdə üstün məhsullarla istehlakçı təlabatını yüksək səviyyədə qarşılamağa, kadrların peşəkarlıq səviyyələrinin artırılmasına xüsusi diqqət yetirir.  2014-cü ildə şirkət daxilində "FAB Akademiyası” qurulub. Akademiyanın birinci korpusunda Almaniya və İngiltərənin ən müasir ölçmə, sınaq aparatları ilə təchiz olunmuş 4 laboratoriya (Araşdırma və inkişaf, Keyfiyyətə nəzarət, Polimerlər, Keramika yapışdırıcıları laboratoriyaları), konfrans zalı və sinif otağı var. Burada məhsulların keyfiyyətinə nəzarətlə yanaşı, respublikamızın orta məktəb şagirdləri, universitet tələbələri, ustalar, eləcə də şirkət əməkdaşlarının ixtisas dərəcələrinin, kvalifikasiyalarının artırılması üçün müxtəlif səpkili təlim-seminar proqramları, tədbirlər də keçirilir. 2015-ci ildə "FAB Akademiyası”nın ikinci korpusu istismara verilib. Bu korpusda müasir standartlar əsasında plastik məhsulların keyfiyyətinə nəzarət olunur. 2016-cı ildə şirkət alman texnologiyası əsasında hazırlanan, "FAB Akademiyası” məhsulu olan premium keyfiyyətli "MEGA Group” boyalarını istehlakçılara təqdim edib.

      "FAB Boya və Kimya Sənayesi” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidmətinin Attestasiyasından keçib. 2004-cü ildə İSO 9001:2000 beynəlxalq sertifikatına layiq görülüb. 2010-2019-cu illərdə "İlin Keyfiyyətli Boya Şirkəti” seçilib.


    "FAB BOYA” şirkəti olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet