

-
FAB METALLIK BOYASI
Tətbiq olunacaq səth toz, kir, pas və köhnə boya qalıqlarından tamamilə təmizlənməli və ya cilalanmalıdır. FAB Metal Boyası istifadəyə hazır şəkildədir. Tək qat şəkildə fırça, rulo və ya boya tapançası ilə səthə çəkilir. Boya tapançası ilə tətbiq edildikdə 10% nisbətində FAB Sellülozik Tiner ilə incəldilə bilər. İkinci qata ehtiyac olarsa, qatlar arasında 2-3 saat gözləmək lazımdır.
-
FAB ULTRASİL
Ləkəli və çirkli səthə bir miqdar tökün və nəmli bez ilə silin. Səthi yetərincə ovxaladıqdan sonra su ilə durulayın. Plastik, boyalı taxta, alüminium və laklanmış səthlərdə istifadə etməyin. Məhsulu əl, üz və qida təmizliyində istifadə etməyin. İsti səthlərə birbaşa tətbiq etməyin. Şüşə və keramika səthləri cıza biləcəyindən bezlə möhkəm sürtməyin.
-
FAB DAŞ LAKI
Tətbiq ediləcək səth quru olmalı, toz, kir, qətran və yağdan təmizlənməlidir. İstifadədən əvvəl lakı yaxşıca qarışdırın. Fırça, rulo və ya püskürtmə vasitəsilə tətbiq edin. İş bitdikdən sonra alətlər qurumadan dərhal "FAB SELLÜLOZİK TİNER" (161) ilə yuyulmalıdır.
-
FAB PUR 645
Tətbiq etmə dərəcəsi +5°C ilə +40°C arası olmalıdır. FAB PUR 645 vurulacaq səthlər təmiz və quru olmalı, yağ və tozdan təmizlənməlidir. Səthdə daha öncə istifadə edilmiş dolğu materialının artıqları, yapışmanı əngəlləyən kənar maddələr varsa təmizlənməli, qabarıq boyalar qazınmalıdır.
-
FAB 200AQ AKVARİUM SİLİKONU
Tətbiqində istilik dərəcəsi +5C və +40C arasında olması tövsiyə olunur. İstifadə olunacaq səth təmiz və quru olmalıdır.Silikonun səth genişliyi ən çoxu 25mm olmalıdır. İdeal səth genişlik dərinlik ölçüsü 2/1-dir. Silikonun altında dəstəkləyici bir lentin istifadəsi tövsiyə olunur. Səth ilə kifayət qədər təması yaratmaq üçün tətbiqdən 5 dəqiqə ərzində silikon şpatel vasitəsilə sıxılıb düzəldilməlidir. Ətrafa yayılan və qurumayan silikonu sintetik tiner ilə təmizləmək olar.
-
FAB MEGASİL
MEGASİL binaların iç cəbhələrində, daha əvvəl su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya alçı istifadə edilmiş hər növ səthdə son qat iç cəbhə boyası olaraq istifadə edilə bilər. MEGASİL tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500), eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Qara suvaqlı səthlər bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Suvaqlanmamış səthlər isə FABGİPS TƏK ASTAR ilə suvaqlanmalıdır. FABBİNDER ilə yuyulmuş qara suvaqlı və ya FABGİPS TƏK ASTAR istifadə olunmuş səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün, səthə FABGİPS ASTAR (Sıva Alçı) və onun üzərinə FABGİPS ÜZLÜK (Saten Alçı) tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcədən emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FABGİPS məhsulları ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER (340), 7 nisbət su). FABBİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, daha yaxşı səth almaq üçün 1 qat MEGAASTAR (438) tətbiq olunması məsləhətdir. Əgər, iç cəbhələrdə sintetik boyalı səthlərin üzərinə, MEGASİL istifadə etmək istənilərsə, səth sumbatalanmalı, sumbata tozlarından təmizlənməli və 1 qat FAB KEÇİD ASTARI) tətbiq edilməlidir. Daha sonra, MEGASİL 15-20% su ilə həll edilib 2 qat şəklində DEKOR EXPORT RULO (1080), fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
FAB MEGADEKOR
MEGADEKOR boyası divar kağızı yapışdırıldıqdan 48 saat sonra birbaşa divar kağızının üzərinə 2 qat olaraq tətbiq edilir. MEGADEKOR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş və quru olmalıdır. MEGADEKOR 15-20% su ilə həll edilib DEKOR EXPORT RULO (1080), fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən azı 7-8 saat gözlənilməlidir. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
FAB MEGA AQUA PARLAQ
MEGA AQUA PARLAQ (448)-ın temperaturu ilə istifadə olunacaq mühitin temperaturu eyni olana qədər gözlənilməlidir. Laka qəti şəkildə su qatılmamalı və yaxşı qarışdırılmalıdır. Səthə 1 qat astar və ən az 2 qat MEGA AQUA PARLAQ tətbiq edilməlidir. Sıx hərəkətlilik olan yerlərdə və ideal bir görünüş istənilən səthlərdə 3 qat MEGA AQUA PARLAQ tətbiq etmək məsləhətdir. MEGA AQUA ASTAR tətbiq olunduqdan sonra qurumadan (tam sərtləşmədən) və sumbata etmədən ən gec 2-3 saat ərzində MEGA AQUA PARLAQ-ın birinci qatı tətbiq edilməlidir. MEGA AQUA PARLAQ bir qat tətbiq edildikdən sonra 2-3 saat (mühitin temperaturundan asılı olaraq) gözləməli, daha sonra səth sumbatalanmalı (180-200) və səth tozdan təmizləndikdən sonra, 2-ci qat tətbiq edilməlidir. Əgər MEGA AQUA PARLAQ (448) 3 qat tətbiq ediləcəksə 2-ci qatın tətbiqindən 2-3 saat sonra sumbatalanmalı (300-400), səth tozdan təmizlənməli və 3-cü qat tətbiq edilməlidir. MEGA AQUA PARLAQ DEKOR KADİFE RULO (1065) və ya fırça ilə tətbiq edilir. Alətlər istifadədən sonra su ilə təmizlənməlidir
-
FAB MEGA AQUA İPƏKMAT
MEGA AQUA İPƏKMAT-ın temperaturu ilə, istifadə olunacaq mühitin temperaturu eyni olana qədər gözlənilməlidir. Laka qəti şəkildə su qatılmamalı və yaxşı qarışdırılmalıdır. Səthə 1 qat astar və ən az 2 qat MEGA AQUA İPƏKMAT tətbiq edilməlidir. Sıx hərəkətlilik olan yerlərdə və ideal bir görünüş istənilən səthlərdə 3 qat MEGA AQUA İPƏKMAT (447) tətbiq etmək məsləhətdir. MEGA AQUA ASTAR (446) tətbiq olunduqdan sonra, qurumadan (tam sərtləşmədən) və sumbata etmədən ən gec 2-3 saat ərzində MEGA AQUA İPƏKMAT-ın birinci qatı tətbiq edilməlidir. MEGA AQUA İPƏKMAT bir qat tətbiq edildikdən sonra 2-3 saat (mühitin temperaturundan asılı olaraq) gözlənilməli, daha sonra səth sumbatalanmalı (180-200) və tozdan təmizləndikdən sonra 2-ci qat tətbiq edilməlidir. Əgər MEGA AQUA İPƏKMAT (447) 3 qat tətbiq ediləcəksə 2-ci qatın tətbiqindən 2-3 saat sonra sumbatalanmalı (300-400), səth tozdan təmizlənməli və 3-cü qat tətbiq edilməlidir. MEGA AQUA İPƏKMAT DEKOR KADİFE RULO (1065) və ya fırça ilə tətbiq edilir. Alətlər istifadədən sonra su ilə təmizlənməlidir
-
FAB MEGA AQUA ASTAR
MEGA AQUA ASTAR-ın temperaturu ilə tətbiq ediləcəyi mühitin temperaturu eyni olana qədər gözlənilməlidir. Astara qəti şəkildə su qatılmamalı və yaxşı qarışdırılmalıdır. Səthə 1 qat astar və ən az 2 qat lak (Parlaq və ya İpək mat) tətbiq edilməlidir. MEGA AQUA ASTAR tətbiq olunduqdan sonra, qurumadan (tam sərtləşmədən) və sumbatalanmadan ən gec 2-3 saat (mühitin temperaturundan asılı olaraq) ərzində lakın (Parlaq və ya İpək mat) birinci qatı tətbiq edilməlidir. Birinci qat lakın tətbiqindən sonra 2-3 saat gözlənilməli, daha sonra səth sumbatalanmalı (180-200) və səth tozdan təmizləndikdən sonra, ikinci qat tətbiq edilməlidir. Əgər lak 3 qat tətbiq ediləcəksə ikinci qatın tətbiqindən 2-3 saat sonra səth sumbatalanmalı (300-400), tozdan təmizlənməli və 3-cü qat tətbiq edilməlidir. MEGA AQUA ASTAR DEKOR KADİFE RULO və ya fırça ilə tətbiq edilir. Alətlər istifadədən sonra su ilə təmizlənməlidir
-
FAB MEGA LAK
MEGALAK müxtəlif növ taxta, parket, plitə və mozaikaların kimyəvi və fiziki təsirlərdən qorunması və effektiv görünüş almaq məqsədi ilə istifadə edilir. Yaxşı nəticə əldə etmek üçün, laklanacaq səthlər toz, yağ və kirdən təmizlənməli, səth quru olmalıdır. Parketlər tam hamar olanadək sumbatalanmalı, araları və xarab yerləri talaşa və lak qarışığı və ya LİON AHŞAP MACUN ilə doldurulmalıdır. Plitə və mozaika səthlərin üstü mum təbəqəsindən yaxşıca təmizlənməlidir. Taxtanın uzun ömürlü olması üçün, səthə 1 və ya 2 qat (24 saat ara ilə) FAB MOBİTEX tətbiq edilməsi məsləhətdir. Hər qat tətbiq edildikdən 30 dəqiqə sonra əmilməyən artıqları tüksüz bir bez ilə silinməlidir və lazım olarsa səth quruduqdan sonra sumbatalanmalıdır.Düzgün səthin alınması üçün, MEGA SELÜLOZİK DOLGU VERNİK istifadəsi vacibdir. Təkrar yüngül sumbatalamadan sonra, səth sumbata tozlarından yaxşıca təmizlənməlidir. MEGALAK 20-30% FAB SİNTETİK TİNER ilə incəldilərək, qatlar arası 24 saat gözləməklə 2-3 qat şəklində, DEKOR KADİFE RULO və ya fırça ilə tətbiq edilir. MEGALAK tətbiq edildikdən 7 gün sonra fiziki və kimyəvi dayanıqlılıq qazanır. Alətlər istifadədən sonra FAB SİNTETİK TİNER ilə təmizlənməlidir
-
MEGA SƏDƏF
MEGASƏDƏF binaların iç cəbhələrində, daha əvvəl sintetik və ya su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya alçı çəkilmiş hər növ səthlərdə, boyana bilən divar kağızı üzərinə dekorativ parlaq son qat boya olaraq istifadə oluna bilər. MEGASƏDƏF tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP , eyni ölçüdə su ilə həll edilərək fırça ilə səthə tətbiq edilməli və 24 saat gözlənilməlidir Qara suvaqlı səthlər, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir Boyanacaq səth, sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Sədəf boyadan istənilən rəng və nəticəni almaq üçün, 1 və ya 2 qat şəklində Ağ və ya Qara MEGA SƏDƏF ASTAR tətbiq olunması vacibdir. MEGA SƏDƏF ASTAR tam quruduqdan sonra (ən az 5-6 saat), MEGA SƏDƏF 25 % su ilə həll edilib, əldə etmək istənilən səth örtücülüyü və rəngə görə 1 və ya 2 qat olaraq DEKOR EXPORT RULO (1080), DEKOR efekt ruloları və fırça ilə tək istiqamətdə və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Boyanın tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır. Əgər sintetik boyalı səthlərin üzərinə MEGASƏDƏF istifadə etmək istənilərsə, səth sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FABGİPS məhsulları ilə təmir edildikdən sonra 1 qat FAB KEÇİD ASTARI tətbiq edilməlidir. Üzərinə MEGASƏDƏF (443) boyanın rənginə görə və ya istənilən efekti əldə etmək üçün, Ağ və ya Qara rəngli MEGASƏDƏF ASTAR maksimum 10% su ilə həll edilib 1və ya 2 qat şəklində tətbiq edilməlidir QEYD: MEGA SƏDƏF boya tərkibində xüsusi sədəf pigmentlər olduğuna görə, istifadədən qabaq çox yaxşı qarışdırılmasına diqqət edilməlidir. MEGASƏDƏF boyana bilən divar kağızı üzərinə heç bir boya və ya rəngləndirici ilə qarışdırılmadan birbaşa tətbiq edilməlidir
-
FAB MEGA LÜKS
MEGALÜKS binaların fasadlarında, daha əvvəl sintetik və ya su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya akrilik məcun istifadə edilmiş hər növ səthdə parlaq son qat boya olaraq istifadə edilə bilər. MEGALÜKS tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP , eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli və səthə FAB AKRİLİK MƏCUN tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcəden sintetik boya və ya emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FAB AKRİLİK MACUN ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FAB BİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, daha yaxşı səth almaq üçün 1 qat MEGA ASTAR tətbiq edilməsi məsləhətdir. MEGA ASTAR tam quruduqdan sonra (ən az 5-6 saat), MEGALÜKS (450) 15-20% su ilə həll edilib 2 qat olaraq DEKOR EXPORT RULO, fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Daha parlaq səth əldə etmək üçün 3-cü qat tətbiq ediləbilər. Püskürtmə ilə tətbiq edildikdə, rolikə nisbətən, daha yaxşı nəticə əldə etmək olar. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
MEGA SƏDƏF ASTAR
MEGA SƏDƏF ASTAR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün səth, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. MEGA SƏDƏF boyanın rənginə görə vəya istənilən effekt əldə etmək üçün, Ağ və ya Qara rəngli MEGA SƏDƏF ASTAR maksimum 10% su ilə həll edilib 1 və ya 2 qat halında DEKOR EKSPORT RULO, firça və ya püskürtmə vasitəsilə səthə tətbiq olunur. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır. Üzərinə MEGA SƏDƏF boyanın rənginə görə və ya istənilən effekti əldə etmək üçün, Ağ və ya Qara rəngli MEGA SƏDƏF ASTAR maksimum 10% su ilə həll edilib 1 və ya 2 qat tətbiq edilməlidir
-
FAB MEGA ASTAR
MEGAASTAR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP, eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış fasadlarda daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli və səthə FAB AKRİLİK MƏCUN tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Suvaqlanmış iç cəbhələrdə daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. MEGAASTAR maksimum 10% su ilə həll edilib 1 qat halında DEKOR EXPORT RULO, firça və ya püskürtmə vasitəsi ilə səthə tətbiq olunur. Astarın tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
FAB MEGA TUTKAL
MEGA TUTKAL tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənməlidir. Tutkal tətbiq olunacaq səthin quru olasına diqqət edilməlidir. Tutkal səthin kənarlarından daşacaq miqdarda sürtülməli, daşan hissələr dərhal nəmli bezlə silinməli, bir az gözlədikdən sonra yapışdırılmalıdır. Tutkal, səthə tətbiq edildikdən maksimum 5-10 dəqiqə sonra (məkan və səth temperaturundan asılı olaraq) yapışdırma işi görülməlidir. Hər istifadədən sonra qutunun ağzı tam bağlanmalıdır. Tutkal səthə fırça ilə tətbiq olunmalıdır. Paslı alətlər istifadə edilməməlidir. İstifadədən sonra alətlər su ilə təmizlənməlidir
-
FAB MEGA SİLAN
MEGASİLAN binaların fasadlarında, daha əvvəl su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya akrilik məcun istifadə edilmiş hər növ səthdə, son qat fasad boyası olaraq istifadə edilə bilər. MEGASİLAN tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP, eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış səthlərdə, daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli və səthə FAB AKRİLİK MƏCUN tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcədən emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FAB AKRİLİK MƏCUN ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, daha yaxşı səth almaq üçün 1 qat MEGAASTAR tətbiq olunması məsləhətdir. Əgər, fasadlarda sintetik boyalı səthlərin üzərinə MEGASİLAN istifadə etmək istənilərsə, səth sumbatalanmalı, sumbata tozlarından təmizlənməli və FAB KEÇİD ASTARI tətbiq edilməlidir. Daha sonra, MEGASİLAN 15-20% su ilə həll edilib 2 qat şəklində DEKOR SUPERLUKS RULO, fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
FAB MEGA PLUS
MEGAPLUS binaların iç cəbhələrində, daha əvvəl su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya alçı istifadə edilmiş hər növ səthlərdə, son qat iç cəbhə boyası olaraq istifadə edilə bilər. MEGAPLUS tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP, eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Qara suvaqlı səthlər bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcədən emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) GİPS məhsulları ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra, bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, daha yaxşı səth almaq üçün 1 qat MEGAASTAR tətbiq edilməsi məsləhətdir. Əgər, iç cəbhələrdə sintetik boyalı səthlərin üzərinə MEGAPLUS istifadə etmək istənilərsə, səth sumbatalanmalı, sumbata tozlarından təmizlənməli və 1 qat FAB KEÇİD ASTARI (437) tətbiq edilməlidir. Daha sonra, MEGAPLUS 15-20% su ilə həll edilib iki qat olaraq DEKOR EXPORT RULO, fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
FAB MEGA FASKO
MEGAFASKO binaların fasadlarında, daha əvvəl su əsaslı boyalarla boyanmış səthlərdə, suvaqlanmış və ya akrilik məcun istifadə edilmiş hər növ səthdə, son qat fasad boyası olaraq istifadə oluna bilər. MEGAFASKO tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Suvaqlanmış səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra, üzərinə 1 ölçü FABKİM HİDROSTOP, eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməli və 24 saat gözlənilməlidir. Suvaqlanmış səthlərdə daha yaxşı nəticə əldə etmək üçün səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli və səthə FAB AKRİLİK MƏCUN tətbiq edilməlidir. Səthin tam quruduğuna əmin olduqdan sonra, səth incə sumbata kağızı ilə sürtülərək təmizlənməlidir. Əvvəlcədən emulsiya ilə boyanmış səthlər sumbatalanmalı və təmirə ehtiyacı olan hissələr (qabarıq hissələr, çatlaqlar və s.) FAB AKRİLİK MƏCUN ilə təmir edilməlidir. Boya tətbiq ediləcək səth sumbatalandıqdan sonra bir qat 1:7 nisbətində su ilə incəldilmiş FABBİNDER məhlulu ilə yuyulmalıdır (1 nisbət FABBİNDER, 7 nisbət su). FABBİNDER tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, daha yaxşı səth almaq üçün 1 qat MEGAASTAR tətbiq edilməsi məsləhətdir. Əgər, fasadlarda sintetik boyalı səthlərin üzərinə MEGAFASKO istifadə etmək istənilərsə, səth sumbatalanmalı, sumbata tozlarından təmizlənməli və FAB KEÇİD ASTARI tətbiq edilməlidir. Daha sonra, MEGAFASKO 15-20% su ilə həll edilib 2 qat şəklində DEKOR SUPERLUKS RULO , fırça və ya püskürtmə ilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır
-
FAB KEÇİD ASTARI
FAB KEÇİD ASTARI tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Əvvəlcədən və ya yeni boyanmış sentetik və köhnə emulsiya boyalı səthlər sumbata kağızı ilə sumbatalanması vacibdir. Təmirə ehtiyacı olan hissələr ( qabarıq hissələr, çatlaqlar və s.) dış cəbhələrdə,FAB AKRİLİK MACUN (350), iç cəbhədə isə FABGİPS məhsulları ilə təmir edilməlidir. Təmir edilən səthlər tam quruduqdan sonra, köhnə boyalı səthlərlə birlikdə sumbatalanmalı və tozdan təmizlənməlidir. Səth hazır olduğu zaman, FAB KEÇİD ASTARI maksimum 10% su ilə həll edib1 qat (100-110µ yaş film qalınlığında) DEKOR EKSPORT RULO, firça və ya püskürtmə vasitəsilə səthə tətbiq olunur. Boya tətbiqindən sonra alətlər su ilə yuyulmalıdır.
-
FAB POLYESTER MƏCUN
FAB POLYESTER MƏCUN dəmir, alüminium, sinklənmiş polad və daha əvvəl boyanmış olan metal səthlərə, eləcə də taxta səthlərə tətbiq edilə bilər.
FAB POLYESTER MƏCUN tətbiqindən 20-30 dəqiqə sonra sumbatalana bilər. -
FAB MONTALAMA KÖPÜYÜ
İstilik izolyasiyası lövhələrinin yapışdırılmasında və aralarında əmələ gələ biləcək kiçik boşluqların doldurulmasında.
Əsasən taxta inşaat materiallarının beton, metal və bu kimi materiallara yapışdırılmasında.
Köpüyün minimum şişməsinin tələb olundugu yerlərdə.
Qapı və pəncərə çərçivələrinin montajı və izolyasiyasında. -
FAB 123
Taxta, plastik, metal, şüşə və kauçuk əsaslı səthlərdə istifadəsi uyğundur. Sürətli bərkimə tələb olunan yerlərdə FAB 123 spreyi ilə birlikdə istifadə olunmalıdır. FAB 123 spreyi ilə birlikdə istifadə edilməsi bərkimə vaxtını azaldır.
-
FABİM HİDRO-STOP 510
Çatları olmayan, su keçirən səthlər üçün su hopmasını azaldan, kirlənməni önləyən və çiçəklənmədən qoruyan material kimi istifadə olunur. Daş, kərpic, kirəmit, qazbeton, traverten, sement, alçı, beton, mərmər, üzlük daşı, qranit, bişmiş torpaq və bu kimi boyanmayan təbii səthlərin su keçirməzliyini təmin edir, tarixi əsərlərin səthlərini atmosferik təsirlərə qarşı qoruyur. Səth qabarmış, tökülmüş boya, dağınıq hissələrdən, çiçəklənmə, yağ və tozdan təmizlənməli, quru, boyasız, möhkəm olmalıdır. Səthdə nəm ləkələri olmamalıdır. Böyük ölçülü çatlaqlar xüsusi təmir suvağı ilə düzəldilməlidir. Donmuş, əriməkdə olan və ya 24 saat içərisində donma təhlükəsi olan səthlərdə istifadə etməyin. FABKİM HİDRO-STOP 510 incəldilmədən püskürtmə, rolik və ya fırça ilə səth doyana qədər tətbiq edilməlidir. Çox əmici səthlərdə FABKİM HİDRO-STOP 510, qatlar arası maksimum 4 saat gözləmək şərti ilə iki və ya üç qat şəklində tətbiq olunmalıdır. Materialın axmamasına diqqət yetirmək lazımdır. Tətbiq zamanı ətrafa sıçrayan materialın təmizlənməsi çətin olduğundan şüşə səthlər, taxta və metal pəncərə, qapı çərçivələrində qoruyucu vasitə istifadə edilməlidir. Ətrafda bitkilər varsa, onlar selofan ilə örtülməlidir. FABKİM HİDRO-STOP 510 oda və qığılcıma qarşı qorunmalıdır. İstifadə edərkən qoruyucu gözlük və əlcək taxılması məsləhətdir. Material quruyanadək yağışdan qorunmalıdır.
-
FAB SELLÜLOZİK TİNER
Hər növ sellulozik məhsulların həlledilməsində, özəlliklə FAB sellülozik məhsullarında etibarla istifadə oluna bilər. Bundan başqa boya və lakların tətbiqində istifadə olunan alət və avadanlıqların təmizlənməsində və nitrosellüloz məhlulunun hazırlanmasında istifadə olunur. Sellülozik əsaslı bütün boya və lakların həlledilməsində lazımi miqdarda əlavə edilib qarışdırılaraq istifadə olunur. İstifadədən sonra qapağını möhkəm şəkildə bağlamaq lazımdır.
-
FAB SELLÜLOZİK PARLAQ BOYA
Mebel sənayesində, metal və taxta səthlərdə inamla istifadə edilə bilər. FAB SELLÜLOZIK PARLAQ BOYA (158) tətbiq ediləcəyi yeni metal səthlər hər cür kir, pas və yağdan təmizləndikdən sonra FAB SİNTETİK ANTİPAS (140) və ya FAB SELLÜLOZİK ASTAR ilə astarlanmalıdır. Taxta səthlərdə yüngül sumbatalanmadan sonra düzgün bir səthin alınması üçün FAB SELLÜLOZİK DOLĞU VERNİK (157) tətbiq etmək vacibdir. Yüngül sumbatalamadan sonra FAB SELLÜLOZİK PARLAQ BOYA (158) 1:1 nisbətində FAB SELLÜLOZİK TİNER (161) ilə bircinsli olana qədər həll edilərək 20-30 dəqiqə ara ilə 2-3 qat şəklində tapança ilə vurulur. İstifadədən dərhal sonra alətlər FAB SELLÜLOZİK TİNER (161) ilə təmizlənməlidir.
-
FAB TAVAN
FAB TAVAN (360) binaların iç tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş tavanlarda son qat boya olaraq istifadə oluna bilər. FAB TAVAN (360) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və quru olmalıdır. Yeni tökülmüş beton tavan boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və ya alçıpan vurulmuş tavanlar əvvəlcə bir qat olaraq 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulur (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməli, sonra iç divar məcunu tətbiq olunmalıdır. Məcun tam quruduqdan sonra tavan yenidən 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulur. FAB BİNDER (340) tətbiqindən sonra ən az 5-6 saat gözlənilməlidir. FAB TAVAN (360) ilk qatı 25-30%, ikinci qatı isə 15-20% su ilə həll edilib fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq eynilə 2-ci qat kimi 3-cü qat tətbiq edilə bilər.
-
FAB SİLAN
FAB SİLAN (321) binaların çöl divarlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə və məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə son qat boya olaraq istifadə edilir. Dekorativ məqsədlər üçün iç divarlarda da istifadə edilə bilər. FAB SİLAN (321) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra FAB AKRİLİK MƏCUN (350) tətbiq olunmalıdır. FAB AKRİLİK MƏCUN (350) tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. Tətbiqindən öncə səthin FAB SİLAN ASTAR (342) ilə astarlanması boya sərfiyyatını azaldar. FAB SİLAN (321) ilk qatda maksimum 15%, ikinci qatda isə 10% su ilə həll edilib fırça və ya rolik vasitəsilə səthə tətbiq olunur. Qatlar arası ən azı 12 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat da eynilə ikinci qat kimi tətbiq edilə bilər. Boyanın tətbiqi və quruması zamanı səth yağışdan və dondan qorunmalı, çox küləkli və birbaşa günəş şüaları altında tətbiq edilməməlidir.
-
FAB SİL
FAB SİL (309) binaların iç divar və tavanlarında,daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə,məcun kimi alt səth hazırlığı olunmuş səthlərdə, boyanabilən divar kağızı üzərində son qat boya olaraq istifadə edilir. FAB SİL (309) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir.Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su).Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra divar sumbatalanmalı və quru bezlə silinməlidir. Daha sonra təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB SİL (309) ilk qatı 25-30%,ikinci qatı isə 15-20% su ilə həll edilibfirça və ya rolik vasitəsilə tətbiq edilir. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.
-
FAB PLUS
FAB PLUS (301) binaların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyana bilən divar kağızı üzərində son qat boya olaraq istifadə edilir. FAB PLUS (301) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra (istənilərsə, düz səth almaq üçün divar sumbatalana bilər) divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB PLUS (301), ilk qatı 20-25%, ikinci qatı isə 10-15% su ilə həll edilib fırça və ya rolik vasitəsilə tətbiq edilməlidir. Qatlar arası 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.
-
FAB PLASTİK
FAB PLASTİK (300) binaların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyana bilən divar kağızları üzərində son qat boya olaraq istifadə edilir. FAB PLASTİK (300) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. İlk dəfə boyanacaq sement əsaslı və xam suvaqlı iç divarlarda əvvəlcə sumbata kağızı ilə suvaq üstü boşda qalan qum dənələri sürtülərək təmizlənməlidir. Boyanın tətbiqindən əvvəl səthdə duzlaşma baş verdiyi halda, səth nəmli maşın fırçası ilə təmizləndikdən sonra üzərinə 1 ölçü FABKİM HİDROSTOP (500) eyni ölçüdə su ilə həll edilərək fırça ilə tətbiq edilməlidir. 24 saat gözlədikdən sonra səth bir qat 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). Alçıpan səthlər də eyni qaydada 1:7 nisbətində su ilə həll edilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra divar sumbatalanmalı və quru bezlə silinməlidir. Daha sonra təkrar 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməlidir. FAB PLASTİK (300), ilk qatı 20-30%, ikinci qatı isə 10-20% su ilə həll edilib fırça və ya rolik vasitəsi ilə səthə tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.
çevrəmizə
zərərsiz
natural
məhsuldan
çox
sərfəli