az ru en

Sual-cavab



Hansı rənglər mövcuddur?

Təbiətdə üç əsas rəng vardır: sarı, mavi və qırmızı. Bu əsas rənglərin xaricində qalan bütün rənglər bu rənglərin qarışdırılması ilə əldə edilir. Bu rənglərə alınma rənglər deyilir: yaşıl, bənövşəyi və narıncı.

QIRMIZI: Bu rəng iştah açır.

YAŞIL: Bu rəng insanda etimad və inam hissi oyadır.

QARA: Bu rəng güc və qüvvət, eyni zamanda inadkarlığın simvolu hesab edilir. Türk toplumlarında qara matəmin də simvoludur. Yaponiyada isə bu rəng xoşbəxtliyin rəngi sayılır.

MAVİ: Bu rəng insanı xəyallar aləminə aparır.

GÖY: Göy rəngin həmişə rahatlıq və sakitlik verdiyini iddia edirlər.

ÇƏHRAYI: Bir sıra tanınmış şirkətlər öz işçilərinə çəhrayı rəngdə köynək geyinməyi məsləhət görürlər. Şirkət sahibləri hesab edirlər ki, bu rəng insanın cəsarətini və əmək qabiliyyətini artırır.

SARI: Bu rəng ən çox diqqət cəlb edən rənglərdən biri hesab olunur. Buna görə də bütün dünyada taksilər sarı rəngdədir.

AĞ: Bu rəng təmizliyin simvoludur. Buna görə də haqqında dedi-qodu çox olan siyasətçilər daim ağ köynək geyinirlər. Ümumiyyətlə, ağ libas insanın təmiz olduğunu əks etdirir.

Boya nədir?

Boya hər hansı bir səthə çəkildikdə səthə dekorativlik və qoruyuculuq xüsusiyyəti verən materialdır. Bu mənada, boyadan iki əsas faktor gözlənilir:

1. Çəkildiyi səthi gözəlləşdirməsi və dekorativ hala gətirməsi
2. Çəkildiyi səthi qoruması

Boya çəkərkən yaşanan problem-portagallanma nədir

Portağallanma (Orange Peel): Yayılmanın yaxşı olmaması səbəbi ilə səthdə portağal qabığına bənzər təbəqə əmələ gəlməsidir.

Səbəbi:

1) Qalın boyadan normadan artıq istifadə edilməsi və ya tətbiqi özlülüyünün yüksək olması.
2) Təklif olunan həlledicinin əvəzinə ucuz və ya səf həlledicidən istifadə olunması.
3) Boyanacaq səthin isti olması.
4) Havanın normadan artıq isti və küləkli olması.

Həlli:

Boya sərtləşdikdən sonra yaxşıca sumbatalanır və səth təkrar boyanır.

Boya çəkərkən yaşanan problem-Südlənmə(Blushing) nədir?

Səth, boya çəkildikdən sonra südlü və mat şəklində görünür. Bu əsasən soyuq və nəmli havalarda əmələ gəlir. Boyalardakı həlledicilərin buxarlanması zamanı səthdən aldıqları istilik səbəbiylə səthin soyuması və havadakı nəmin səthdə yığılmasından sonra əmələ gəlirlər.

Səbəbi:

1) Ucuz və ya uyğun olmayan həlledicidən istifadə edilməsi
2) Soyuq və nəmli havalarda tez buxarlanan həlledicilərdən istifadə olunması
3) Soyuq və çox nəmli yerlərdə iş görülməsi (məsələn mətbəxtə yemək bişirərkən)
4) Otaqda hava sirkulyasiyasının təmin edilməməsi

Həlli:

Südlənmə çoxdursa, boya təbəqə sərtləşdikdən sonra sumbatalanaraq təkrar boyanmalıdır.

Boya çəkərkən yaşanan problem-Lifting nədir?

Boyada olan həlledicilərin yeni çəkilən boya təbəqəsinə təsir edərək onu həlletməsidir.

Səbəbi:

1) Sintetik boyaların birinci qatı qurtardıqdan sonra ikinci qatı üçün tələb olunan vaxtın gözlənməməsi.
2) Sintetik boyanın üzərinə selliozik boya çəkilməsi

Həlli:

Lifting əmələ gəlmiş hissələrin sökülərək təkrar boyanması

Boya çəkərkən yaşanan problem - Qırışma (Wrinking) nədir?

Qırışma (Wrinking): Havada oksidləşmə ilə quruyan boyalarda səth qurumasının alt təbəqələrə nəzərən daha tez olması səbəbiylə səthin qırışıq və korlanmış bir hal alması

Səbəbi:

1) Boyanın qalın çəkilməsi
2) Pis hava şəraiti
3) Ətrafda normadan artıq həlledici buxarının olması
4) Alt qatlar yaş ikən ikinci qatın quruması

Həlli:

1) Qırışma azdırsa, yəni müəyyən bir hissəni əhatə edirsə, boya yaxşıca quruduqdan sonra həmin yer sumbatalanarak təkrar boyanmalıdır.
2) Qırışma hər tərəfə yayılıbsa, boyanın tamamilə uzaqlaşdırılaraq, səth təkrar boyanmalıdır

Boya çəkərkən yaşanan problem- kiflənmə nədir?

Kiflənmə: Plastik boyaların səthində normadan artıq nəmli yerlərdə göbələk koloniyalarının əmələ gəlməsidir

Səbəbi:

1) Ətrafda həddən artıq nəmin olması
2) Divarların çöldən, tavandan ya da təməldən su alması
3) Divarlarda istilik izolyasiyasının zəif olması

Həlli:

Kifli olanlar ilk əvvəl yuyucu şampunlu isti su ilə təmizlənməli və qaşınmalıdır. Daha sonra funquistlər ilə səth zəhərlənməlidir.

Boya çəkərkən yaşanan problem - Axma və Yayılma nədir?

Axma və Yayılma: Səthdə dalğalanmalar şəklində görünüşün əmələ gəlməsi

Səbəbi:

1) Şaquli və mayili səthlərə normadan artıq boya çəkilməsi
2) Yanlış həlledicidən istifadə edilməsi
3) Normadan artıq həlledicidən istifadə olunması
4) Bundan asılı olaraq özlülüyün çox aşağı və ya yüksək olması

Həlli: Əgər axan və yayılan hissə hələ yaşdırsa, fırça ilə düzəldilməlidir. Əgər quruyubsa, sumbatalanaraq təkrar boyanmalıdır.

Boya çəkərkən yaşanan problem - Zəif yapışma nədir?

Zəif yapışma: Boyanın yapışmayaraq səthdən qopması və ya soyulmasıdır

Səbəbi:

1) Səthin həddən artıq çirkli olması
2) İlk astarların lazım olduğundan daha çox istifadəsi
3) Səthin həddən artıq boş olması
4) Səthdə yağların olması
5) Boyanın astarsız çəkilməsi

Həlli: Səth tamamilə təmizlənməli və lazımi səviyyəyə çatdıqdan sonra təkrar boyanmalıdır.

Boya çəkərkən yaşanan problem- Boyanın batması nədir?

Boyanın batması: Quruma irəlilədikcə təbəqənin parlaqlığını itirərək altdakı səthi, astarlardakı sumbata izlərini və alt hissənin izlərini göstərməsidir.

Səbəbi:

1) Qatlar arasında quruma müddətinin kifayət qədər olmaması
2) Qatlardan birinin və ya hamısının qalın olması
3) Çox qalın sumbatadan istifadə olunması
4) Son qatın incə atılması
5) Hopmanın nəzarət altına alınmaması

Həlli: Təbəqə çox nazik sumbata ilə sumbatalanır və təkrar boyanır.

Boya çəkərkən yaşanan problem - İncə çatlama nədir?

İncə çatlama: Su əsaslı akrilik boya tədbiq olunmasında müşahidə edilir. Səthdəki boyanın quraq torpaq kimi çatlamış vəziyyətdə olmasıdır.

Səbəbi:

1) Boyanın həddən artıq qalın çəkilməsi
2) Səthin proses anında isti olması
3) Eyni şərtlərdə havanın küləkli olması
4) Hazır boyanın tərkibinə kalsit kimi dolğu maddəsinin əlavə edilməsi
5) Astardan həddən artıq istifadə edilməsi

Həlli: Mümkündürsə səth tamamilə qazınmalı və təkrar boyanmalıdır. Əgər boyalar çıxmırsa jelatin formadakı sintetik astarlarla səth müəyyən edilməli sonra incə qatlar halında boya çəkilməlidir.

Boya çəkərkən yaşanan problem- Parlaqlıq itkisi nədir?

Parlaqlıq itkisi: Boya təbəqənin parlaqlığı əks olunmanın dəqiqliyi ilə müəyyən olunur. Düzgün bir boya səthi gözlənilən parlaqlığı tam mənasıyla verir. Parlaqlıq itkisi, səthdə əmələ gələn nizamsızlıq səbəbiylə işığın ayrı dağılması və əks olunan işığın kəskinliyini itirməsidir.

Səbəbi:

1) Hava şərtləri, UB şüaları və nəmin boya təbəqəsini zaman keçdikcə zədələməsi
2) Alt səthdən gələn xətalar
3) Məcunların hopmasının kəsilməməsi
4) Normadan artıq valik izləri

Həlli: Səth incə bir şəkildə Sumbatalanaraq, son qat təkrar boyanmalıdır



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet