az ru en

Məhsullar







SİLİKONLU DƏRZ DOLĞU MATERIALI

MƏHSUL HAQQINDA:

Sement əsaslı, plastik özəlliyə malik silikonlu dərz dolğu materialı.

TƏTBİQ SAHƏSİ:

FABKIM FUGA STANDARD 1-6mm yaşayış binalarının iç məkanlarının döşəmə və divar zəminlərində hər cür kafel və keramik plitələr və bu kimi materialların 1-6mm-ə qədər olan dərz aralarına doldurula bilər. FABKIM FUGA STANDARD 1-6mm istifadə ediləcəyi zəmin toz, kir və yağdan təmizlənməli, dərz araları isə nəmli süngər ilə təmizlənməlidir. FABKIM FUGA STANDARD 1-6mm ilə dolğu işlərinə plitələr yapışdırıldıqdan 24 saat sonra başlanılmalıdır.

TƏTBİQİ:

0,26-0,33 litr təmiz suyu 1kq. FABKIM FUGA STANDARD 1-6mm (26-33%) ilə qarışdırılmalıdır. Qarışığı 10 dəqiqə dinləndirmək gərəkdir. Daha sonra təkrar qarışdırılaraq istifadə edilməlidir. Yararlılıq müddəti: Qarışıq hazırlandıqdan sonra 1 saat ərzində istifadə olunmalıdır.

SƏRFİYYAT:

döşənəcək plitələrin ölçüsü qalınlığı və işləniləcək dərzə əsasən dəyişir.

QEYD:

İstifadə müddəti: 20 dəqiqə (zəmin və ortam istilik 20ºC). İstifadə: istifadə olunacaq yerin temperaturu +5ºC ilə +35ºC arası olmalıdır. FABKIM FUGA STANDARD 1-6mm dərz boşluqlarına şpatel ilə dairəvi hərərkətlərlə doldurulmalıdır. Təmizləmə: FABKIM FUGA STANDARD 1-6mm qurumağa başlar başlamaz nəmli süngər ilə plitələrin üzərindən təmizlənməlidir. FABKIM FUGA STANDARD 1-6mm quruduqdan sonra quru bez ilə plitələrin üstü təmizlənib parıldadılmalıdır.

SAXLANMA MÜDDƏTİ:

Quru yerdə bağlaması açılmamış halda 1 ildir.

DİQQƏT: açıq məkanlarda işlərkən həddindən artıq günəş şüalarının və ya küləyin olduğu yerlərdə işləməyin. Məhlula həddindən artıq su əlavə etməyin. Əlavə malumatı texniki kataloqdan ala bilərsiniz.

Facebook Twitter