az ru en

Məhsullar







SEMENT MƏHLULU VƏ LƏKƏ ÇIXARICI MADDƏ

MƏHSUL HAQQINDA:

Tərkibində hidroxlor və fosfor turşusu var. Sement qalıqlarını çox qısa müddətdə çıxarır. Keramik plitələr (yer, divar, farfor plitələr) və bu kimi döşəmə materiallarının üzərində qalan dərz qalıqları və inşaat sonrası ləkələrə uyğundur. Turşulara qarşı həssas təbii daşlar (traverten, mərmər, təbii qranit) ilə çini və əl işi keramikalar üzərinə tətbiq edilmir. Tərəddüd etdiyinizdə səthin kiçik bir hissəsində ön yoxlama keçirilməsi məsləhətdir.

TƏTBİQİ:

Kirlilik səviyyəsindən asılı olaraq, məhsulu birbaşa və ya 1-5 həcmə qədər su ilə həll edərək istifadə edin. İstifadədən öncə səthi isladın. Bez, süngər və ya fırça vasitəsilə səthi yaxşıca ovuşturun. Təsirini etməsi üçün 5-10 dəqiqə gözləyin, daha sonra səthi bol su ilə yuyun. Tətbiqindən öncə və sonra tərkibində turşu-qələvi olan kimyəvi təmizlik vasitələrindən istifadə etməyin. Mexaniki yolla məhsulun təsiri artırıla bilər. Gərəkdiyi halda proseduru təkrarlayın. Abraziv məhsuldur. Bidonu, ağzı möhkəm bağlı halda uşaqlardan uzaq tutun, havalı yerdə saxlayın. Tətbiq zamanı gözlərinizi və əllərinizi qoruyun, dəri və göz ilə təmas etdikdə, dərhal bol su ilə yuyub həkimə müraciət edin. Ciddi yanmalara səbəb ola bilər. Məhsulu və buxarını iyləməyin, nəfəs yollarını qıcıqlandırır. Münasib qoruyucu paltar geyinin, əlcək, gözlük və maska taxın. Turşulara davamlı olmayan materialların üzərinə çəkməyin. Metal səthlərə (alüminium, inoks paslanmaz polad, dəmir, xrom, mis və b.) birbaşa təmas qaralma (oksidləşmə) əmələ gətirir. Abraziv təsirinə görə məhsulun buxarının metal səthlərlə təmasını əngəlləyin. İşləyəcəyiniz məkanı yaxşıca havalandırın. Tətbiq zamanı əmin olmadığınız hallar üçün texniki servisə müraciət etməniz xahiş olunur.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S1/2 Kilid altında və uşaqlardan uzaq yerdə sxlayın.
R20/21 İylənməsi və dəri ilə təması sağlamlığa zərərlidir.
R36/37/38 Gözü və nəfəs yollarını qıcıqlandırır.
R42/43 Gözlə təmas və iylənmədə həssaslıq tələb edir.
S24/25 Göz və dəri ilə təmas etdirməyin.
S26 Gözlə təmas etdikdə bol su ilə yuyun və həkimə müraciət edin.
S28 Dəri ilə təmas etdikdə bol su ilə yuyun
S38/39 Havalandırma olmayan yerlərdə maska və ya xüsusi avadanlıq istifadə edin.
S45 Qəza vəziyyətində, özünüzü pis hiss etdiyiniz halda, həkimə müraciət edin (ehtiyac olduqda etiketi göstərin).
S46 Udulduqda dərhal həkimə müraciət edin və bu etiketi göstərin.

Facebook Twitter