az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Dərz dolğularının üzərindəki ləkə və kirləri, plitə üzərində qalan dolğu artıqlarını qısa zaman ərzində təmizləmək üçün xüsusi olaraq hazırlanmışdır. Ümumi istifadə yerlərində plitə və keramika aralarında toplanan kirləri səthi aşındırmadan təmizləmək üçün idealdır.

TƏTBİQİ:

Mətbəx, hamam və digər bu kimi yerlərdə inamla istifadə edilə bilər. Daş, farfor, keramika və ya bişmiş gildən hazırlanmış plitə örtüklərində istifadəsi uyğundur. Qranit, mərmər və ya mozaika döşəmələrində üst səthin parlaqlığına təsir edə biləcəyinə görə istifadəsi məsləhət deyildir. Paslanmaz dəmir və ya plastik səthlərə zərər vermir.
QABLAŞMA: 0.5lt. plastik sprey qutularında.

SAXLANMA MÜDDƏTİ:

Açılmamış orijinal qutuda, quru və örtülü məkanlarda 1 ildir. Birbaşa günəş şüaları və dondan qorunmalıdır. 0ºC ilə +40ºC arası temperaturda saxlanılması uyğundur.

XƏBƏRDARLIQ:

R20/21/22/25 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.
R38 Dərini qıcıqlandırır.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 24/25/26 Göz və dəri ilə təmas etdirməyin. Göz ilə təmas etdikdə dərhal bol su ilə yuyun və həkimə müraciət edin.
S 37/39 İşləyərkən uyğun qoruyucu eynək və maska istifadə edin.
S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.

Facebook Twitter