az ru en

Məhsullar







EFFEKT ARTIRICI QATQI MATERİALI

MƏHSUL HAQQINDA:

Sement məhlulu, beton təbəqə və bu kimi (sement əsaslı) materiallar üçün yardımçı, bağlayıcı və müqavimət artırıcı qatqı maddəsi. FABKIM LATEX beton təbəqə, suvaq və dərz dolğu materiallarının tutma gücünü, təsirini, mexaniki müqavimətini və su keçirməzlik özəlliyini artırır. FABKIM LATEX yanmır, kimyəvi həlledici özəlliyi yoxdur.

TƏTBİQ SAHƏSİ:

İstifadə yerləri (klassik sement məhlulları): FABKIM LATEX tikintilərdə sement, alçı və sement-əhəng əsaslı məhlullarla görüləcək bütün işlərdə, əsasən çöl şəraitində və böyük ölçülü keramik plitələrin tətbiqində, divar tikilməsi və ya təmirində, sənaye sahələri və ya böyük supermarketlərin döşəmələrinə beton təbəqə çəkilərkən məhlulun içində, hovuzların içinə suvaq çəkilərkən suvağın içində, döşəmə və divarlara beton, suvaq, beton təbəqə ilə edilən təmirlərdə, divar suvaqlarında, sənaye sahələri, hovuzlar, islaq məkan və bu kimi yerlərə döşənmiş keramika örtülərinin dərz dolğularına əlavə qatqı maddəsi olaraq istifadə edilir.

TƏTBİQİ:

FABKIM LATEX'in istifadə şəkli: içinə qatılaraq istifadə edildikdə sement əsaslı kafel yapışdırıcıları və dərz dolğularının effektini artırır (əsasən soyuq bölgələrdə və çöl məkanlarda, terras, giriş qapısı və s.). Yapışdırıcı və ya dərz dolğu məhlulunun qarışım suyu müəyyən miqdarda azaldılır və qarışım suyuna azaldılan miqdar qədər FABKIM LATEX əlavə edilir. FABKIM LATEX'in qatqı nisbəti ən az 1/3 olmalıdır (məs.: 20kq. dərz dolğu üçün qarışım suyunun miqdarı 6 litr təyin olunubsa FABKIM LATEX qatqılı qarışım suyunda 4 lt. su və 2 lt. FABKIM LATEX olmalıdır). Köhnə plitələrin üzərinə yeniləri tətbiq edilərkən astar hazırlığında FABKIM LATEX istifadə edilə bilər. FABKIM LATEX, FABKIM FLEX PORSELEN ilə 50%-50% nisbətində qarışdırılır və lazımi konsistensiya halını aldıqda fırça ilə köhnə kafellərin üzərinə astar olaraq çəkilir. Səthə çəkildikdən sonra, maddənin qurumasını gözləyərək keramik plitələrin yapışdırılmasına keçə bilərsiniz. Üzmə hovuzu çanağı kimi yüksək müqavimətli suvaq tələb olunan yerlərdə FABKIM Fix TS 27 səth düzəltmə və təmir suvağı qarışımının içinə yuxarıda yazıldığı kimi qarışım suyunun 1/3 nisbətində FABKIM LATEX əlavə edilir.

QEYD:

FABKIM LATEX' in sement məhluluna təsiri: FABKIM LATEX sement məhluluna plastik özəlliyini qatır və istifadəsini asanlaşdırır. Məhlulun istifadə müddətini uzadır. İsti şəraitdə istifadə edildikdə məhlulun çatlama və bölünmə riskini azaldır. Bütün sement əsaslı məhlulların tutma gücünü artırır. Sərtləşmiş məhlulun təzyiqə, dartılma və bükülməyə məruz qalmasına qarşı daxili mexaniki davamlılığını artırır. Məhlulun əmiciliyini azaldarkən nisbi izolyasiya özəlliyi verir. Sement məhlulunun suya, rütubətə, temperatur dəyişmələrinə qarşı davamlılığını artırır. Donduqda və ya həll olduqda sement məhlulunun deformasiyasını azaldır. Səthin hazırlanması: FABKIM LATEX tətbiq ediləcək səthlər möhkəm, təmiz, daşıyıcı, tozsuz, qəlib yağlarından və digər kənar maddələrdən təmizlənmiş və səth temperaturu +6 ºC-dən yuxarı olmalıdır.

Günəşə və dona qarşı məruz qalmaması şərti ilə 1 il saxlanıla bilər. Dəri və göz ilə təmasdan ehtiyat edin.

Facebook Twitter