az ru en

Məhsullar







STİREN AKRİLİK ƏSASLI BAĞLAYICI ASTAR

MƏHSUL HAQQINDA:

Stiren akrilik əsaslı, maye halında istifadə edildiyi zaman səthin əmiciliyini tarazlayan, suya qarşı müqavimətini artıran, yapışdırıcıların səthə tam yapışmasını təmin edən, istifadəyə hazır yapışdırıcı və bağlayıcı astar. FABKIM FILM yanmır, kimyəvi həlledici özəlliyi yoxdur.

TƏTBİQ SAHƏSİ:

FABKIM FILM yeni inşa edilmiş binaların səthlərində, beton, sement əsaslı suvaq və beton təbəqələrdə, alçı əsaslı plitə və suvaqlarda, karton geydirilmiş alçı plitələrdə, preslənmiş sunta plitələrində, qazbeton üzərinə tətbiq edilir.

TƏTBİQİ:

İşləmə temperaturu +5º C ilə +35ºC arası olmalıdır. FABKIM FILM'i keçəli rulo ilə çarpazlama, üfüqi və şaquli şəkildə tək qat olaraq tətbiq edin. Daha sonra FABKIM FILM orta mühit temperaturunda 2-3 saat qurumalıdır. FABKIM FILM'in narıncı rəng alması tətbiqin gözləməsi baxımından yardımçı olacaqdır. Səthin hazırlığı: FABKIM FILM tətbiq ediləcək səthlər kir, yağ, qəlib yağları və tozdan təmizlənməlidir. Əgər səthdə qətran, lak, cila kimi maddələr varsa səth sumbatalanmalıdır. FABKIM FILM istifadə ediləcək səthin möhkəm və daşıyıcılığına diqqət edilməlidir.

SƏRFİYYAT:

Səthin əmiciliyindən asılı olaraq 0.070 – 0.140 lt/m2

SAXLANMA MÜDDƏTİ:

Don və həddindən çox istiliyə məruz qalmayacağı bir yerdə qutusu açılmamış halda 1 ildir.

Su əlavə etməyin. Dəri və gözə təmasdan eytiyat edin. Əlavə məlumat üçün texniki kataloqa baxın.

Facebook Twitter