az ru en

Məhsullar


Kafel-metlax yapışdırıcıları

Digər məhsullar

FABKİM İZOFLEX KOMPONENT - A






TOZ KOMPONENT-A

MƏHSUL HAQQINDA:

Kafel bə bənzər materialları yapışdırmadan öncə su və nəmə qarşı istifadə edilən, beton və ya sement əsaslı zəmin və divarlara uyğun, 2 komponentli (toz+maye) sement əsaslı tam elastik su izolyasiya materialı.

TƏTBİQ SAHƏSİ:

FABKIM IzoFlex, xüsusi və ümumi istifadəyə açıq vanna otağı, duş, wc, mətbəx kimi iç məkanlarda (üzərinə keramika vurularaq);Divar və zəminlərdə, beton, suvaq və s. beton əsaslı səthlərdə, köhnə kafel səthlərdə; Divarlarda, incə və kobud suvaqlarda, beton səthlərdə; Çöl məkanlarda, balkon, teras, bağ hovuzları, su anbarları, üzmə hovuzları, sisternalar (üzərinə keramika vurularaq) və s. yerlərdə, sement əsaslı qarışım və beton səthlərdə istifadə edilir.

TƏTBİQİ:

Səthin hazırlanması: FABKIM IzoFlexistifadə ediləcək səthlər təmiz, quru, düzgün, möhkəm olmalıdır, yağ, toz və yapışmaya əngəl olacaq vasitələrdən arındırılmalıdır. Səthdəki əyriliklər qazınaraq düzləşdirilməlidir. Yağ, mum, lak və bu kimi materiallar səthdən arındırılmalı, möhkəm səth əldə edilənə qədər qumlanmalıdır və mexaniki yolla təmizlənməlidir. Zəminin möhkəmliyi yoxlanılmalı, əgər möhkəm deyilsə möhkəmləndirilməlidir.
Tətbiq: Diqqət!FABKIM IzoFlex-in istifadəsindən öncə hər zaman səthə astar olaraq FABKIM FILMçəkilməlidir. Künclərdə və 0,3 mm-dən kiçik çatlaqlarda suvaq bantlarından istifadə edin.Daha böyük çatlaqlar olduqda FABKIM TS-27 ilə təmir edilməli və üzərinə FABKIM FILM vurulduqdan sonra FABKIM IzoFlextətbiq edilməlidir. 1) Qarışımın hazırlanması: 25 kq.Toz Komponent A-nı, 1/2 nisbətində 12,5 kq.-lıq maye Komponent-B ilə zəyif dövriyyəli mikser ilə qarışdırın (300 dövr./dəq).Qarışım homogen halını alana qədər qarışdırmanı davam edin. Qarışımı 5 dəqiqə dinləndirin, daha sonra təkrar qarışdıraraq istifadə edin.
2) Səthin hazırlanması: səthin vəziyyətini yoxlayaraq, rulo və ya fırça iləastar olaraq tək qat FABKIM FILMtətbiq edin. Səthin quruması üçün 2-3 saat gözləyin.
3)Möhkəmləndirmə bantı: Bütün künclərdə istifadəsi vacibdir. Möhkəmləndirmə bantını künc və catlaqlarda istifadə edin. Fırça ilə incə bir qat FABKIM IzoFlex'isəthə çəkin. Səth hələ yaşkən üstünə bantı basdırın. Quruması üçün bir neçə saat saxlayın.
4) FABKIM IzoFlex'in tətbiqi: Mala, fırça və ya rulo ilə iki qat olaraq tətbiq edin. Qatlar arasında quruması üçün 5-6 saat gözləyin. İkinci qatın tətbiqi əsnasında mütləq altdakı qatın 90º əks yönündə də tətbiq edin.

SƏRFİYYAT:

Təxmini 1,5 kq/m2FABKIM IzoFlex 1mm qalınlıq əmələ gətirir. Minimum 2 qat olaraq 2-3mm qalınlıq tövsiyyə edilir.

QEYD:

Kafel yapışdırılmasından əvvəl 12 saat gözləmək gərəkdir.
Diqqət ediləcək xüsuslar: IzoFlex tətbiq ediləcək səthin möhkəm olmasına və çökməyəcəyinə diqqət edin. İşləmə istiliyi +5ºC ilə +25ºC arasıdır. Donma təhlükəsi olan havada, həddindən çox isti havada isti səth üzərinə və birbaşa günəş şüaları altında və ya tətbiqdən bir neçə saat sonra yağış yağma ehtimalı olan havada istifadə edilməməlidir. Əlavə məlumat üçün texniki servisə müraciət edin.

Qarışıma qəti şəkildə su əlavə etməyin.

Facebook Twitter