az ru en

Məhsullar








MƏHSUL HAQQINDA:

Akrilik kopolimer emulsiya əsaslı, yüksək keyfiyyətli, şəffaf, iç və çöl divar astarıdır.

XÜSUSİYYƏTLƏRİ:

FAB BİNDER (340) səthə yaxşı nüfuz edir, möhkəm bir səth yaradır. Son qat boyanı səthə daha yaxşı bağlayır və boya sərfiyyatını azaldır.

TƏTBİQİ:

FAB BİNDER (340) beton, alçıpan, suvaq və buna bənzər xam divarlarda istifadə edilir. FAB BİNDER (340) tətbiqindən əvvəl nahamar səthlər düzləşdirilməli, kir və yağ su ilə təmizlənməli və xam divar bir qat olaraq 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır (1 nisbət FAB BİNDER (340), 7 nisbət su). FAB BİNDER (340) tətbiqindən 5-6 saat sonra səthə iç və ya çöl divar məcunu tətbiq edilir. Məcun tam quruduqdan sonra divar təkrar olaraq 1:7 nisbətində su ilə incəldilmiş FAB BİNDER (340) məhlulu ilə yuyulmalıdır. FAB BİNDER (340) tətbiqindən ən az 5-6 saat gözlədikdən sonra son qat boya tətbiq edilə bilər. DİQQƏT! Şəffaf astarların tətbiqi zamanı şüşəyə bənzər parlaq bir təbəqə əmələ gəldiyi halda bu təbəqə mexaniki yollarla təmizlənməlidir (məs. sumbata ilə). Əks halda soyulma, çatlama, qabarma, rolik izi və örtücülük problemləri yarana bilər. FAB BİNDER (340) səthə film təbəqəsi əmələ gətirməyəcək şəkildə tətbiq edilməlidir.

QURUMA VAXTI:

(20°C/65% nisbi rütubətdə): Quruma vaxtı – 4 saat.

SƏRFİYYAT:

Səthin düzgünlüyünə və əmiciliyinə görə tək qatda 1 lt. FAB BİNDER (340) ilə 30-35 m² sahə yuyula bilər. Daha dəqiq sərfiyyatı təyin etmək üçün nümunə işləmlərinin aparılması məsləhətdir.

QEYD:

Tətbiq ediləcək səthlərin temperaturu +10°C ilə+30°C arası olmalıdır.

SAXLANMA MÜDDƏTİ:

2 ildir. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin, qablaşma və ya etiketi göstərin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR.

Facebook Twitter