az ru en

Məhsullar







HOVUZ ÜÇÜN KAFEL & KERAMİKA YAPIŞDIRICISI

MƏHSUL HAQQINDA:

Sement əsaslı, suya və dona dayanıqlı, yüksək yapışma özəlliyinə malik elastik kafel yapışdırıcısıdır. FABKIM POOL əsasən hovuz və islaq məkanlara döşənəcək plitələrin yapışdırılmasında mükəmməl nəticə göstərir.

TƏTBİQ SAHƏSİ:

FABKIM POOL sement əsaslı iç və çöl məkanların vertikal və horizontal zəminlərində kafel, qranit, mozaika, hovuz plitələri və xüsusi hissələrinin yapışdırılmasında istifadə edilir. FABKIM POOL istifadə ediləcəyi zəmin quru, təmiz, hamar, möhkəm olmalı, toz, boya və yağdan təmizlənməlidir.

TƏTBİQİ:

Hazırlanması: 6-7 litr təmiz suyu 25kq. FABKIM POOL (24-28%) ilə quru məhsulun qalıqlarının və qabarcıqların əmələ gəlməsinin qarşısını alaraq tək məhlul halına gələnədək qarışdırın. Qarışığı 5 dəqiqə dinləndirmək gərəkdir. Daha sonra təkrar qarışdırılaraq istifadə edilməlidir. İstifadə müddəti: Qarışıq hazırlandıqdan sonra 3 saat ərzində istifadə olunmalıdır. Qarışıq çəkilmiş yerin açıq qalma müddəti: zəminin dərəcəsi 23ºC (+/-5ºC) otaq temperaturunda, rütubət 50% olmaqla 30 dəqiqəyədək açıq qala bilər. Açıq qalma vaxtı iş görülən məkanın və zəminin temperaturuna və rütubətliyinə görə dəyişə bilər. İstifadə: istifadə olunacaq yerin temperaturu +5ºC ilə +35ºC arası olmalıdır. FABKIM POOL mala ilə zəminə çəkildikdən sonra plitənin ölçüsünə uyğun olan dişli daraq ilə daraqlanmalıdır. Plitəni zəminə yerləşdirin və rezin uclu çəkic ilə ehmalca döyəcləyərək yerinə otuzdurun. İç və çöl məkanların vertikal və horizontal zəminlərində 33x33sm-ən böyük ölçülü plitələrin yapışdırılması üçün həm plitəyə həm də zəminə qarışıq çəkilməlidir (ikitərəfli yapışdırılma). 30x60sm. və daha böyük ölçülü plitələrin yapışdırılması üçün qarışım suyuna FABKIM LATEX əlavə edilməlidir. Yüksək su əmiciliyə malik səthlərdə astar olaraq FABKIM FILM istifadə edin. Dərz dolğu işlərinə plitəni yapışdırdıqdan 24 saat sonra başlaya bilərsiniz.

SƏRFİYYAT:

Material sərfiyyatı: döşənəcək plitələrin ölçüsü və zəmindən asılı olaraq dəyişir. 1m2 üçün toz məhsulun sərfiyyatı (kq/m2) Daraq ölçüsü: U6 U9 E10 6x6x6 9x9x9 8x10x20 Tək tərəfli yapışdırma: 3-4 4-5 6-8 İkitərəfli yapışdırma: 5-6 6-8 7-9

QEYD:

DİQQƏT: açıq məkanlarda işlərkən həddindən artıq günəş şüalarının və ya küləyin olduğu yerlərdə işləməyin. Qarışığa həddindən artıq su əlavə etməyin. Əlavə malumatı texniki kataloqdan ala bilərsiniz.

SAXLANMA MÜDDƏTİ:

Saxlama müddəti: quru yerdə ağzı açılmamış halda 1 il.

Facebook Twitter