az ru en

Məhsullar







KAFEL & KERAMİKA YAPIŞDIRICISI

MƏHSUL HAQQINDA:

Sement əsaslı, suya dayanıqlı, yüksək yapışma özəlliyinə malik yer və divar üçün keramika yapışdırıcısı.

TƏTBİQ SAHƏSİ:

FABKIM STANDARD sement əsaslı iç məkanların vertikal və horizontal zəminlərində su hopma dərəcəsi 3% - dən çox olan kiçik və orta ölçülü yer və divar plitələrinin yapışdırılmasında istifadə edilir. FABKIM STANDARD ın istifadə ediləcəyi zəmin quru, təmiz, hamar, möhkəm olmalı, toz, boya və yağdan təmizlənməlidir.

TƏTBİQİ:

6-7 litr təmiz suyu 25kq. FABKIM STANDARD (24-28%) ilə quru məhsulun qalıqlarının və qabarcıqların əmələ gəlməsinin qarşısını alaraq tək məhlul halına gələnədək qarışdırılmalıdır. Bunun üçün zəif dövrlü mikserdən istifadə edilməsi məsləhət görülür. Qarışığı 5 dəqiqə dinləndirmək gərəkdir. Daha sonra təkrar qarışdırılaraq istifadə edilməlidir. İstifadə müddəti: qarışıq hazırlandıqdan sonra 3 saat ərzində istifadə olunmalıdır. Qarışıq çəkilmiş yerin açıq qalma müddəti: zəminin dərəcəsi 23ºC +/-5ºC otaq temperaturunda, rütubət 50% olmaqla 30 dəqiqəyədək açıq qala bilər. Açıq qalma vaxtı iş görülən məkanın və zəminin temperaturuna və rütubətliyinə görə dəyişə bilər. İstifadə: istifadə olunacaq yerin temperaturu +5ºC ilə +35ºC arası olmalıdır. FABKIM STANDARD mala ilə zəminə çəkildikdən sonra plitənin ölçüsünə uyğun olan dişli daraq ilə daraqlanmalıdır. Plitəni zəminə yerləşdirin və rezin uclu çəkic ilə ehmalca döyəcləyərək yerinə otuzdurun. İç məkanın vertikal və horizontal zəminlərində 33x33 sm. ölçülü plitələrin yapışdırması mümkündür. Daha böyük ölçülü plitələrin yapışdırılmasından əvvəl texniki servislə məsləhətləşin. Yüksək su əmiciliyə malik səthlərdə astar olaraq FABKIM FILM istifadə edin. Dərz dolğu işlərinə plitəni yapışdırdıqdan 24 saat sonra başlaya bilərsiniz.

SƏRFİYYAT:

Material sərfiyyatı: döşənəcək plitələrin ölçüsü və zəmindən asılı olaraq dəyişir.
1m2 üçün toz məhsulun sərfiyyatı (kq/m2)
Daraq ölçüsü U6 U9 6X6X6 9X9X9
Təktərəfli yapışdırma 3-4 4-5
İkitərəfli yapışdırma 5-6 6-8


SAXLANMA MÜDDƏTİ:

Quru yerdə ağzı açılmamış halda 1 il.

XƏBƏRDARLIQ:

DİQQƏT: qarışığa həddindən artıq su əlavə etməyin. Əlavə malumatı texniki kataloqdan ala bilərsiniz.

Facebook Twitter