az ru en

Məhsullar


Gips Məhsulları

FAB GİPS SON QAT







MƏHSUL HAQQINDA:

Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma gücünə malik, incə, ağ rəngli son qat üzlük suvağı qarışığıdır.

TƏTBİQ SAHƏSİ:

FAB GİPS SON QAT binaların daxilində tavan və divarların suvaqlanmasında son qat üzlük kimi, eləcə də beton, qazbeton, kərpic, briket, mişar daşı, arakəsmə gips lövhələri və digər hörgü materiallarından tikilmiş FAB GİPS ASTAR suvağıyla suvaqlanmış və yaxud alçıpan (tavan və divar) üzərində incə suvaq kimi də istifadə oluna bilər.

TƏTBİQİ:

Səth hazırlığı: Tətbiq ediləcək səthlərin möhkəm, quru, təmiz olmasına diqqət edin, səthi yapışma qabiliyyətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizləyin. Üzlük tətbiq edilmədən əvvəl səthə FAB GİPS ASTAR və ya digər oxşar məhsul çəkilməlidir. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su, yaxud FAB BİNDER astarla və ya digər oxşar məhsul ilə nəmləndirilməlidir Qarışığın hazırlanması: 10kq FAB GİPS SON QAT üzlük alçısını 6.5-7 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra suda tam həll olunanadək xüsusi qarışdırıcı və ya əl alətiylə qarışdırın. Üzlük suda tam qarışdıqdan sonra ona yenidən əlavə quru qarışıq və su qatmayın. Tətbiqi: Hazır FAB GİPS SON QAT qarışığını FAB GİPS ASTAR və digər oxşar məhsul ilə suvaqlanmış divar səthinə və ya tavana mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır. TÖVSİYYƏLƏR: Üzlük istifadə edilərkən mühitin və ya səthin temperaturu minimum +5°C olmalıdır. Mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa lazımi temperatur təmin edilməlidir. İsti (+30°C yuxarı), yağışlı və küləkli hava şəraitində istifadə edilməməlidir. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir edə bilər. Avadanlıq və alətləri istifadə etdikdən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyyə olunur. Tətbiq zamanı polad malanın izlərinin qalmamasına diqqət edilməlidir.

SƏRFİYYAT:

FAB GİPS SON QAT istifadə zamanı 1 m2 səthdə 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1 kq məhsul sərf olunur. 1 kisə FAB GİPS SON QAT qarışığı 25-30 m2 hamar səth almaq üçün kifayətdir.

QEYD:

TEXNİKİ GÖSTƏRİCİLƏR: Rəngi ağ İstifadə temperaturu +5°C - +30°C Minimum tətbiq qalınlığı 1mm İstifadə müddəti 130-150 dəqiqə Bərkimə müddəti 300-320 dəqiqə Su/Gips nisbəti 6.5-7.0 litr su/10 Kq Gips Quruma müddəti təqribən 2 gün Möhkəmlik həddi - əyilmədə 2.4 МPa - sıxılmada 4.7 МPa Quru halda məhsulun tökmə sıxlığı 0.7Kq/litr İstifaədyə hazır məhsulun sıxlığı 1.5Kq/litr Səthin möhkəmliyi 57 Shore D Qablaşdırma 2 və ya 3 qatlı kraft kağızı və 1 qat polietilendən ibarət 25 Kq-lıq kisələrdə.

SAXLANMA MÜDDƏTİ:

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə taxta paletlər üzərində bir birinin üzərinə maksimum 10 ədəd yığılmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.

XƏBƏRDARLIQ:

İstifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin. Məhsula sudan başqa heç bir maddə qatmayın. Məhsula PVA qatmayın.

Məhsul texniki şərtlərə və dövlət standartlarına uyğundur. Texniki dəstək və ya daha geniş məlumat üçün FAB BOYA şirkətinə müraciət edin.

Facebook Twitter