az ru en

Məhsullar


Gips Məhsulları

FAB GİPS FUGA ALÇIPAN







MƏHSUL HAQQINDA:

Materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya qarşı müqaviməti, səthin hamarlığını və elastikliyini artıran qatqılarla zəngin gips qarışıqdır.

TƏTBİQ SAHƏSİ:

Bu aralıq doldurma qarışığından daxili məkanlarda alçıpan lövhələrin birləşmə aralıqlarının doldurulmasında, eləcə də gips əsaslı lövhə və plitələrin yapışdırılmasında, səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur.

TƏTBİQİ:

Səthin hazırlanması: istifadə olunan səthlərin aralıqlarının möhkəm, quru, təmiz olmasına diqqət olmalı, səth yapışma gücünü zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. QARIŞIĞIN HAZIRLANMASI: 10kq FUGA ALÇIPAN 6.0-6.5 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra homogen qarışıq əldə olunana qədər xüsusi zəif dövriyyəli qarışdırıcı mikser və ya əl alətiylə qarışdırın. İstifadəyə başlamazdan əvvəl qarışığı yenidən qarışdırın. Üzlük suda tam qarışdıqdan sonra və ya istifadə müddəti bitdikdən sonra ona yenidən əlavə quru qarışıq və ya su qatmayın. TƏTBİQİ: Qarışıq səthə iki mərhələdə tətbiq olunur. I mərhələdə hazır qarışıq gips lövhələrin birləşmə aralıqlarına tətbiq olunur və son bərkimə baş verdikdən sonra həmin aralıqlara gips lövhə bandı yapışdırılır. II mərhələdə isə hazır FAB GİPS FUGA ALÇIPAN qarışığı vurulmuş gips lovhə bantının üzərinə 10 sm enində çəkilir. II mərhələdə aralığa çəkilmiş qarışıq bərkidikdən sonra ümumi səthə alçıpan malası ilə gips əsaslı üzlük qarışığı tətbiq olunur. Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə olunarsa, bu çatlara, çökmələrə, asan aşınmalara və tozlanmaya səbəb ola bilər.

SƏRFİYYAT:

FAB GİPS FUGA ALÇIPAN istifadə zamanı 1 m2 səthdə sərf olunan materialın miqdarı alçıpanların birləşmə aralıqlarını doldurmaq üçün 0.2-0.5 kq, arakəsmə gips lövhələrinin birləşmə aralıqlarının doldurulmasında 1.2-1.5 kq, divarlara elektrik avadanlıqlarının, vint və şurupların birləşmə yerlərinin bərkidilməsində 0.2-0.3 kq və divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0.3-0.4 kq təşkil edir.

QEYD:

TÖVSİYYƏLƏR: FAB GİPS FUGA ALÇIPAN istifadə edilərkən mühitin və ya səthin temperaturu minimum +5°C olmalıdır. Mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa lazımi temperatur təmin edilməlidir. İsti (+30°C yuxarı), yağışlı və küləkli hava şəraitində istifadə edilməməlidir. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir edə bilər. Avadanlıq və alətləri istifadə etdikdən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyyə olunur. Tətbiq zamanı polad malanın izlərinin qalmamasına diqqət edilməlidir. TEXNİKİ GÖSTƏRİCİLƏR: Rəngi – ağ İstifadə temperaturu - +5°C - +30°C İstifadə müddəti – 80-100 dəqiqə Su/FUGA nisbəti – 6.0-6.5 litr su/10 Kq quru qarışıq Quruma müddəti – təqribən 2-3 gün Möhkəmlik həddi : - əyilmədə 2.7-3.2 MPa - sıxılmada 5.5-6.0 MPa Quru halda məhsulun tökmə sıxlığı – 0.7Kq/litr İstifaədyə hazır məhsulun sıxlığı – 1.5Kq/litr Səthin möhkəmliyi – 90 Shore D Qablaşdırma –2 və ya 3 qatlı kraft kağızı və 1 qat polietilendən ibarət 10 və 30 Kq-lıq kisələrdə.

SAXLANMA MÜDDƏTİ:

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə taxta paletlər üzərində bir birinin üzərinə maksimum 10 ədəd yığılmaqla quru anbarlarda 12 ay saxlanıla bilər.

XƏBƏRDARLIQ:

Dəri və ya göz ilə təmas etdikdə dərhal təmiz su ilə yuyun. İstifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin. Qarışığa sudan başqa heç bir maddə qatmayın. Yuxarıdaki göstəricilər +23°C ± +2°C və 50% ± 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər. Texniki dəstək və ya daha geniş məlumat üçün FAB Boya şirkətinə müraciət edin.

SƏHV İSTİFADƏYƏ GÖRƏ İSTEHSALÇI FİRMA MƏSULİYYƏT DAŞIMIR!

Facebook Twitter